Laçın rayonunun Şamkənd kəndində səyyar tibbi müayinə keçirilib    
21.07.2025 13:45
Laçın Rayon Mərkəzi Xəstəxanasının həkim-mütəxəssisləri tərəfindən mövsümi olaraq Laçın rayonunun Şamkənd, Ələkçi, Nağdalı və Qarabəyli kəndlərinə və yaylaqlara köçən fermerlərin səyyar tibbi müayinəsi təşkil edilib.
 
Xəstəxanadan Aztibb.az-a verilən məlumata görə, terapevt, pediatr, dermatoloq, ultrasəs müayinə, laborant ixtisasları üzrə həkimlərdən ibarət briqada tərəfindən aparılan müayinələrə 18-i uşaq, 63-ü isə 18 yaşdan yuxarı olmaqla ümumilikdə 81 nəfər cəlb olunub. Onlara 168 adda tibbi xidmət göstərilib.
 
Səyyar tibbi müayinələr ucqarlarda keyfiyyətli tibbi xidmətlərə əlçatanlığın artırılması və xəstəliklərin erkən diaqnostikasının təmin edilməsi məqsədi ilə həyata keçirilir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır