Diafraqmal yırtıqların cərrahi müalicəsi icbari tibbi sığorta hesabına qarşılanır  
21.07.2025 10:41

Diafraqmanın qida borusu dəliyinin yırtığı diaqnozukontrastlı ezofaqoqrafiya (qida borusunun rentgenoloji müayinəsi) əsasındaqoyulur. Kontrast maddə kimi barium sulfat suspenziyası qəbul etdikdən sonrarentgenoloji müayinə aparılır. Əlavə diaqnostika üçün qida borusunun və mədənin endoskopik müayinəsi aparıla bilər. Bu prosedur qida borusunun selikliqişasının vəziyyətini və ağırlaşmaların inkişaf riskini qiymətləndirməyə imkanverir. Bəzən kompleks diaqnostika üçün ümumi klinik müayinələr və döş qəfəsinin kompüter tomoqrafiyası (KT) aparılır.

 

İcbari Tibbi Sığorta Agentliyindən Aztibb.az-a verilən xəbərə görə, anadangəlmə diafraqmal yırtıq diaqnozu isə doğuşa qədərprenatal ultrasəs müayinəsi, doğuşdan sonra döş qəfəsi orqanlarının rentgen müayinəsinin köməkliyi ilə qoyulur. Bütün bu müayinə metodları icbari tibbi sığorta ilə qarşılanır.

 

Ən çox rast gəlinən simptomlara qarının yuxarı hissəsində(epiqastral nahiyədə) ağrı, döş sümüyü arxasında yanma hissi, qida qəbulundan sonra qıcqırma, gəyirmə, bəzən ürəkbulanma aiddir. Bəzi hallarda öskürək, köp,ürək ritminin pozulması kimi simptomlarla da özünü göstərir. Diafraqma lyırtığın müalicəsi ilə həkim-qastroenteroloq məşğul olur. Diafraqma dəliyiyırtığının cərrahi yolla bərpası ümumi və torakal cərrah tərəfindən aparılır.

 

Böyük diafraqmal yırtıqlar səbəbindən medikamentoz müalicəyə tabe olmayan xroniki ezofagitin inkişaf etməsi, yırtıq kisəsinin boğulması təhlükəsinin yaranması, qanaxma, anemiya, qida borusu daralmaları vəçapıq toxumasının əmələ gəlməsi kimi ağırlaşmaların meydana çıxdığı hallarda yırtığın müalicəsi üçün cərrahi əməliyyat icra olunur. Cərrahi müdaxilə zamanı yırtıq qapısının daraldılması, orqanların fizioloji vəziyyətinin bərpası və yaxud hər iki üsulu özündə birləşdirən radikal əməliyyat aparılır. Əməliyyat icbari tibbi sığorta hesabına açıq və laparoskopik üsulla icra olunur. Laparoskopik əməliyyat daha az travmalı olduğundan reabilitasiya dövrü daha sürətli və asan olur.

 

Əməliyyat öncəsi ixtisaslı həkim müayinəsi,laborator və instrumental müayinələr, reanimasiya və stasionarda yatış, yatış və əməliyyat zamanı istifadə olunan dərman, tibbi sərf icbari tibbi sığorta tərəfindən təmin olunur. Həmçinin xəstənin və 12 yaşa qədər uşaqları müşayiət edən şəxsin qidalanma xərcləri də sığorta təminatına daxildir.

 

Diafraqmal yırtıqların bərpası TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində, Səhiyyə Nazirliyinin akademik Mustafa Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda və Agentliklə müqaviləsi olan özəl tibb müəssisələrində  tibbi göstərişə və həkim təyinatına əsasən icra olunur.

 

Məlumat üçün bildirək ki, diafraqmal yırtıq abdominal boşluqdakı orqanların qismən və ya tam olaraq diafraqmanın qida borusu dəliyindən döş boşluğuna doğru yerdəyişməsidir. Bu patoloji vəziyyət ağırlaşmalara səbəb ola bildiyi üçün vaxtında diaqnozun qoyulması və müalicənin başlanılması olduqca vacibdir. Diafraqmal yırtıqlar anadangəlmə və qazanılmış olur. Anadangəlmə diafraqmal yırtıqlar hamiləliyin ilk 3 ayında radiasiya, zərərli peşə amilləri və bəzi dərman preparatlarının təsiri nəticəsində baş verən genetik mutasiyalar nəticəsində inkişaf edir.

 

Qazanılmış yırtıqlar bir çox səbəblərin təsirindən yarana bilər. Patologiyanın inkişafına təsir edən əsas amillərə döş qəfəsi vəqarın boşluğu orqanlarının zədələnməsi, bronxial astma, göyöskürək, vərəm zamanı xroniki öskürək, qida borusunun diskineziyası (hərəkətliliyinin pozulması), qida borusu nahiyəsində cərrahi müdaxilələr, qəbizliyə meyillilik, mədə-bağırsaq sisteminin yanaşı xəstəlikləri aid edilir.

ÇOX OXUNANLAR
 Azərbaycanda transplantasiyanın tarixi   
Azərbaycan-Britaniya Peşəkarlar Assosiasiyası və Böyük Britaniya Rəqəmsal Səhiyyə Şurası Londonda tarixi elmi konfransa imza atıb
ATU tələbələri və Hərbi Tibb fakültəsinin rezidentləri üçün “Hərbi psixiatriya” adlı dərs vəsaiti hazırlanıb
Professor Məhəmməd Kərimov Fransada EVF 2026 beynəlxalq konqresində iştirak edib
Respublika QİÇS-lə Mübarizə Mərkəzi Salyanda İİV-ə görə müayinələr aparıb
İnfeksion və parazitar xəstəliklər çox vaxt qeyri-spesifik əlamətlərlə başlayır - İnfeksionist Elvira Əliyeva
Böyük Britaniyada yaradılmış ilk Azərbaycan təşkilatı olan AABP
Samux Rayon Mərkəzi Xəstəxanasında BLS təlimi keçirilib
Respublika QİÇS-lə Mübarizə Mərkəzi Şamaxıda İİV-ə görə müayinələr aparıb
Laçın RMX-da maarifləndirici təlim: “Allergik xəstəliklərin profilaktikası, erkən diaqnostikası, müalicəsi və risk faktorları” 
Səmimiyyəti və peşəkarlığı ilə seçilən həkim  Minirə Baxşəliyeva - “Həkimlərimizi tanıyaq!” rubrikası 
Quba rayonunun Qonaqkənd kəndində səyyar tibbi müayinələr təşkil edilib
 XMTU nümayəndə heyəti ATU-nun klinikalarında olub   
 ATU-da “Uşaqlarda genetik və irsi metabolik xəstəliklər” fənnini tədris edən nevroloq İspaniyada magistraturanı uğurla başa vurub   
“Elektron resept” tətbiqinin istifadə dairəsinin genişləndirilməsi məqsədilə maarifləndirici seminar təşkil olunub