Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması” müsabiqəsinin qalibi olub - FOTO
17.11.2020 14:36
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi” devizi altında keçirilən Respublika baxış-müsabiqəsinin qalibi olub.
 
Aztibb.az xəbər verir ki, diplomun təqdimat tədbirində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov, Dövlət Gömrük Komitəsinin Həmkarlar İttifaqının sədri Səfər İbrahimov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının məsul nümayəndəsi Nadir Muradov və digər rəsmi şəxslər iştirak ediblər.
 
Tədbiri giriş sözü ilə açan Ceyhun Məmmədov iştirakçıları 17 noyabr Milli Dirçəliş Günü və Qarabağ uğrunda Vətən müharibəsində qazanılan möhtəşəm qələbə münasibətilə təbrik edərək bildirib ki, 44 gün ərzində Respublika Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə keçirilən əks-hücum əməliyyatları nəticəsində 30 il işğal altında qalan ərazilərimiz azad edilib. Noyabrın 10-u Qarabağın azad edilməsi uğrunda Vətən müharibəsində Azərbaycanın parlaq qələbəsi günü kimi daxil oldu. Bu tarixi qələbəmiz bütün dünyaya Azərbaycanın erməni terrorizminə qalib gəldiyini bəyan etdi və güclü orduya, güclü iqtisadiyyata malik olduğunu sübut etdi.
 
C.Məmmədov çıxışında deyib: “Belə bir vaxtda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi” devizi altında keçirilən Respublika baxış-müsabiqəsində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin qalib seçilməsi qürurvericidir. Tibbi Xidmət İdarəsi daim, o cümlədən pandemiya zamanı əməkdaşlar üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə müvafiq tədbirlər həyata keçirir”.
 
Dövlət Gömrük Komitəsinin Həmkarlar İttifaqının sədri Səfər İbrahimov çıxışında bildirib: "Dövlətin siyasətində vətəndaşların rifahı ilə yanaşı, sağlamlığına diqqət mühüm yer tutur. Bu işdə Gömrük Komitəsinin həmkarlar ittifaqı da fəal iştirak edir. Tibbi Xidmət İdarəsində əməyin mühafizəsi, təminatı, əmək şəraitinə, təhlükəsizlik qaydalarının tədrisinə, tətbiqinə və təlimatlandırmaya qayğı yüksək səviyyədədir. İnanıram ki, Tibbi Xidmət İdarəsinin kollektivi liderliyi əldən verməmək üçün əmək şəraitinin mütəmadi, yeni tələblərə uyğun yaxşılaşdırılmasına səy göstərəcək".
 
Dövlət Gömrük Komitəsinin Həmkarlar İttifaqının sədri Səfər İbrahimov bu münasibətlə Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədovu təbrik edərək Fəxri Diplom və xatirə hədiyyəsi təqdim edib.
 
Tədbirin sonunda xatirə şəkili çəkilib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır