Noyabrın 17-si Beynəlxalq Vaxtından Qabaq Doğulmuş Uşaqlar Günüdür
17.11.2020 11:39

Noyabrın 17-si Beynəlxalq Vaxtından Qabaq Doğulmuş Uşaqlar Günü qeyd edilir.

 

Həmin gün 2009-cu ildə Yeni Doğulmuş Uşaqlara Nəzarət üzrə Avropa Fondunun təşəbbüsü ilə təsis edilib.

 

Belə ki, 2006-cı ilin dekabrında vaxtından əvvəl doğulmuş üçəm körpələrin ölümündən sonra 2008-ci il noyabrın 17-də həmin ailədə sağlam qız doğulub. Bir il sonra həmin gün Avstriya paytaxtındakı Müqəddəs Mixail meydanında Vyana universitet klinikasının professorları Arnold Pollak və Angelika Berger bu şəhərdə il ərzində vaxtından qabaq doğulmuş uşaqların sayına uyğun olaraq səmaya eyni vaxtda 500 ağ şar buraxıblar. 2010-cu ildə həmin gün Avropanın artıq 12 ölkəsində qeyd edilib.

 

Hər il planetdə təxminən 15 milyon uşaq vaxtından qabaq doğulur. Erkən körpə doğulan ailələrdə körpələrin təkcə keyfiyyətli müalicəsinə və təkcə maddi deyil, həm də psixoloji dəstəyə ehtiyac duyulur. Vaxtından əvvəl doğuş problemi ilə ailə və cəmiyyətin rifah və inkişaf səviyyəsindən asılı olmayaraq üzləşmək mümkündür. Lakin təcrübə göstərir ki, vaxtından qabaq doğulanların xeyli hissəsi nəinki sağlam və gümrah, hətta görkəmli şəxsiyyətlərə çevrilirlər.

 

Həmin günün qeyd olunmasının məqsədi - vaxtından əvvəl doğumun təhlükəsi və fəsadları, profilaktikası və hamiləliyin tam vaxtında başa çatdırılması haqqında ictimaiyyəti məlumatlandırmaqdan ibarətdir.

 

2014-cü il oktyabrın 26-da Nazirlər Kabineti ölkəmizdə “Diri doğulmanın beynəlxalq meyarları” haqqında Qərar qəbul edib və 2015-ci il yanvarın 1-dən mülkiyyət formalarından asılı olmayaraq respublikamızın bütün tibb müəssisələrində onu tətbiq edirlər. Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən doğuş hamiləliyin 22-ci həftəsindən hesablanır. Həmin vaxta qədər dölün məhv edilməsi abort kimi qəbul edilir. Beləliklə, əvvəllər hamiləlik 28-ci həftədən hesablanırdısa, indi onu daha 6 həftə irəli çəkiblər. Bununla yanaşı beynəlxalq qaydalara uyğun olaraq yeni doğulan körpənin çəkisinin 500 qram və artıq olmalı, heç olmasa 4 həyat əlamətindən - sərbəst nəfəs, ürək döyüntüsü, göbəkbağının döyünməsi və əzələlərin sərbəst hərəkətinə malik olmalıdır. Həmin əlamətlər olmadıqda körpə ölü doğulmuş hesab edilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır