Respublika Neyrocərrahiyyə Xəstəxanasında növbəti uğurlu əməliyyat
08.07.2025 12:50

Respublika Neyrocərrahiyyə Xəstəxanasına müraciət edən pasiyent uğurlu əməliyyatdan sonra ambulator müalicə üçün evə buraxılıb.

 

Bu barədə Aztibb.az-a Xəstəxanadan xəbər verilib.

 

Bildirilib ki, şiddətli baş ağrıları və qıcolma tutmaları şikayətlərilə tibb müəssisəsinə müraciət edən pasiyentdə müayinə nəticələrinə əsasən, sol alın payında ekstraaksial yerləşimli şiş toxuması (meningioma) aşkar edilib və cərrahi əməliyyat olunması qərar alınıb.

 

Həkim-neyrocərrah Ərəb Salihov, həkim-rezidentlər Şəhriyar Səlimli və Firuzə Yusifli tərəfindən yuxarı sağittal sinusun üzəri açılmaqla sol alın təpə nahiyədə kraniotomiya şişin total xaric edilməsi üzrə uğurlu cərrahi əməliyyat icra olunub.

 

Müalicəsi davam etdirilən pasiyentin vəziyyəti qənaətbəxş qiymətləndirilib və nevroloji defisitsiz ambulator müalicə üçün evə buraxılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır