Ümumdünya Diabet Günü Ordubadda tibbi aksiya ilə qeyd olunub
17.11.2020 10:36

Ümumdünya Diabet Günü münasibətilə Naxçıvan Muxtar Respublika Xəstəxanası Ordubad Rayon Mərkəzi Xəstəxanasında “Gələcəyə sağlam baxış” devizi altında tibbi aksiya keçirib.

 

Xəstəxananın həkim-oftalmoloqu Rəhmiyyə Əliyeva və endokrinoloq Aysel İsmayılova tərəfindən pasiyentlər endokrinoloji müayinələrdən keçiriliblər. Müşahidə olunan zob düyünlərinin biopsiyası və ultra­son müayinələri aparılıb, şəkər xəstəlikləri və onların risk amilləri araşdırılıb, şəkərli diabet zamanı göz xəstəlikləri, həmçinin digər müayinələrdən keçirilib, onlara tibbi məsləhət və tövsiyələr verilib.

 

Aksiya müddətində  30 nəfər müayinə olunub. Xəstəlikləri aşkar olunanlara müalicə və eynəklər yazılıb, həkim məsləhəti verilib. Cərrahiyə əməliyyatına ehtiyacı olanlar isə Naxçıvan Muxtar Respublika Xəstəxanasına dəvət edilib.

 

Müayinə olunanlar belə bir nəcib aksiyanın keçirilməsini əhalinin sağlamlığına göstərilən dövlət qayğısının növbəti təzahürü kimi dəyərləndiriblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır