ATU-nun şöbə müdiri Çində beynəlxalq tədbirlərdə iştirak edib  
30.06.2025 14:56

Azərbaycan Tibb Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Patologiya kafedrasının müdir müavini, dosent Müşfiq Orucov Çin Xalq Respublikasının Şenyanq şəhərində yerləşən Çin Tibb Universitetinin əsas təşkilatçılığı ilə keçirilən “Bir kəmər, bir yol” Beynəlxalq Tibb Təhsili Alyansının (BRIMEA) İdarə Heyətinin iclasında və BRIMEA 2025 Təhsil Konfransında iştirak edib. 

 

ATU-dan Aztibb.az-a bildirilib ki, təhsil konfransında o, “Patologiyanın tədrisində innovativ qiymətləndirmə strategiyaları” mövzusunda əsas məruzə ilə çıxış edib. Çıxış iştirakçılar tərəfindən maraqla qarşılanıb. 

 

Tədbir çərçivəsində Müşfiq Orucov Çin Tibb Universitetinin prezidenti, professor Wang Zhenninglə görüşüb. Görüş zamanı o, Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəylinin salamlarını və konfrans münasibətilə təbriklərini çatdırıb, hər iki universitet arasında BRIMEA çərçivəsində mövcud əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

 

Bundan əlavə, o, Şanxay şəhərində keçirilən “Şanxay Lin-qanq Beynəlxalq Tibb Texnologiyası Əməkdaşlıq Konfransı”nda iştirak edib. Konfrans çərçivəsində M.Orucov Şanxay Lin-qanq Sənaye Universitetinin Tibbi avadanlıqlar fakültəsinin “Qonaq professor”u seçilib. 

 

Şanxaya səfəri zamanı Müşfiq Orucov dünya miqyasında tanınan radioloji avadanlıqlar istehsalçısı “United Imaging” zavodunu, həmçinin Fudan Universitetinin Pudonq Xəstəxanasını ziyarət edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır