“Təbib” İstirahət Mərkəzində yeni korpusların açılışı baş tutub
30.06.2025 10:29

Azərbaycan Tibb Universitetinin rəhbərliyi başa vurduğumuz 2024/2025-ci tədris ili ilə bağlı ətraflı hesabat verib. Son illərin ənənəsinə uyğun olaraq, ATU-nun Böyük Elmi Şurasının yekun iclası bu dəfə də Nabranda yerləşən “Təbib” İstirahət Mərkəzində təşkil olunub.

 

ATU-dan Aztibb.az-a verilən məlumata görəə, təbiətin qoynunda keçirilən iclas universitet həyatının mühüm mərhələsini yekunlaşdırmaqla yanaşı, təhsil və elmi fəaliyyətin gələcək hədəflərini müəyyənləşdirmək baxımından da əlamətdar olub.

 

İclasda 2024/2025-ci tədris ilinin yekun nəticələri, universitetdə tədrisin keyfiyyətinin yüksəldilməsi üçün görülən işlər və qarşıda duran vəzifələr geniş müzakirə olunub. Professor-müəllim heyətinin fəaliyyəti qiymətləndirilib, fakültələrdə aparılan islahatlar, tələbə nailiyyətləri və elmi-tədqiqat göstəriciləri təhlil edilib. Gələn il üçün innovativ tədris metodlarının tətbiqi, beynəlxalq əməkdaşlıq proqramlarının genişləndirilməsi və infrastrukturun təkmilləşdirilməsi istiqamətində qərarlar qəbul edilib.

 

Bununla yanaşı, Nabran “Təbib” İstirahət Mərkəzində iki yeni korpusun rəsmi açılışı olub. Tədbirdə çıxış edən ATU-nun rektoru, professor Gəray Gəraybəyli istirahət mərkəzinin daim diqqətdə saxlanılmasını universitet rəhbərliyinin sosial siyasətinin mühüm hissəsi kimi dəyərləndirib. O hər il yeni korpusların əsaslı şəkildə təmir olunduğunu, yüksək komfortlu şəraitlə təmin edildiyini, istirahət mərkəzində mütəmadi olaraq abadlıq işləri aparılığını bildirib.

 

Rektor “Təbib” İstirahət Mərkəzinin ATU-ya verilməsi və əməkdaşların bu şəraitdən yararlanması üçün yaradılan imkanlara görə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya dərin təşəkkürünü bildirib. Əlavə edib ki, universitet rəhbərliyi gələcəkdə də bu istiqamətdə işi davam etdirəcək, əməkdaşların sağlam və rahat istirahətinin təşkili üçün ardıcıl tədbirlər həyata keçirəcək.

 

ATU Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Cahangir Qasımov mərkəzdə görülən işlər barədə ətraflı məlumat verib. Onun sözlərinə görə, “Təbib” İstirahət Mərkəzində həyata keçirilən abadlıq və yenidənqurma işləri 2013-cü ildən etibarən Həmkarlar İttifaqı Komitəsinin maliyyə dəstəyi ilə təmin olunur. Yeni korpuslarda istirahət edənlərin rahatlığı üçün zəruri avadanlıqlar, müasir şərait yaradılıb. ATU-nun müəllim və əməkdaşlarının keyfiyyətli istirahətinin təmin olunması məqsədilə qarşıdakı illərdə burada aparılan işlər daha da genişləndiriləcək.

 

Qeyd edək ki, hər il “Təbib” İstirahət Mərkəzində ATU-nun yüzlərlə əməkdaşı - professor-müəllim heyəti, texniki işçilər, onların ailə üzvləri və tələbələr istirahət etmək imkanı qazanır. Mərkəz məhz ATU əməkdaşlarının hərtərəfli və sağlam istirahətini təmin etmək məqsədilə yaradılıb. COVİD-19 pandemiyası dövründə mərkəzin fəaliyyəti bir müddət məcburi olaraq dayandırılsa da, hazırda “Təbib” İstirahət Mərkəzi tam gücü ilə fəaliyyət göstərir və həm əməkdaşların, həm də rəhbər heyətin sevimli istirahət məkanına çevrilib. Hər il yay mövsümündən əvvəl burada təmir və müvafiq abadlıq işləri aparılır.

 

Artıq üçüncü ildir ki, Böyük Elmi Şuranın yekun iclası məhz “Təbib” İstirahət Mərkəzində keçirilir və bu da təbiət qoynunda işgüzar müzakirələrə xüsusi rəng qatır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır