İmmunoloq vitamin çatışmazlığının əlamətlərini AÇIQLADI
16.11.2020 23:19

İnsan orqanizmi müxtəlif qidalarla yanaşı, apteklərdə satılan vitamin kompleksləri ilə də gücləndirilə, vitamin ala bilər.

 

Aztibb.az mir24.tv-yə istinadla xəbər verir ki, rusiyalı həkim-immunoloq Anna Şulyayevanın sözlərinə görə, vitamin çatışmazlığı insanın xarici görünüşündə də özünü büruzə verə bilər. Solğun, quru və səpməyə meylli dəri vitamin balansı haqqında düşünməyə əsas verir.

 

"Əgər saçınız tökülür və qırılırsa, dırnaqlarınız pis vəziyyətdədirsə, həkimə müraciət edin. Vitamin çatışmazlığının digər əlaməti isə apatiya, zəiflik və səhərlər əzginlik hissidir", - deyən həkim qeyd edib ki, müasir araşdırmalar insan orqanizmində hansı elementlərin çatışmadığını müəyyən edə bilir.

 

O, həmçinin əlavə edib ki, vitaminləri həkim nəzarəti ilə qəbul etmək lazımdır. Vitamin əlavələrinin daha çox payız və qışda qəbulu tövsiyə olunur.

 

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza