Region xəstəxanalarında reanimotoloji-anestezioloji xidmətlərin keyfiyyətinin artırılması məqsədilə keçirilən təlimlərin ikinci mərhələsi də başa çatıb
26.06.2025 11:14

TƏBİB-in İcraçı direktorunun tapşırığına əsasən qurumun tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində reanimotoloji-anestezioloji xidmətin gücləndirilməsi məqsədilə Yeni Klinikada təşkil olunan təlimlərin ikinci mərhələsi də yekunlaşıb.

 

Aztibb.az bu barədə TƏBİB-ə istinadla xəbər verir.

 

Təlim proqramı çərçivəsində Qazax, Şəmkir, Tovuz, Ağstafa və Gədəbəy rayon mərkəzi xəstəxanalarının reanimasiya və anesteziologiya şöbələrində çalışan 5 həkim və 20 orta tibb işçisi Yeni Klinikada keçirilən praktiki və nəzəri hazırlıq mərhələsini uğurla tamamlayaraq yekun qiymətləndirmədən keçib və sertifikatlarla təmin olunub.

 

TƏBİB-in İcraçı direktorunun müşaviri, Yeni Klinikanın Reanimasiya şöbəsinin müdiri Emil Qasımovun rəhbərliyi ilə həyata keçirilən təlim zamanı iştirakçılar Reanimasiya və anesteziologiya şöbəsində praktiki və nəzəri biliklərini artırmaqla yanaşı, TƏBİB Akademiyasında təşkil olunan seminar və təlim sessiyalarında iştirak ediblər.

 

Tədris müddətində Reanimasiya şöbəsinin müdiri Emil Qasımov, Əməliyyatxana bölməsinin müdiri, anestezioloq-reanimatoloq Lalə Əliyeva, anestezioloq-reanimatoloq Aysel Əhmədova və Reanimasiya şöbəsinin böyük tibb bacısı Gülşən Allahverdiyeva tərəfindən TƏBİB Akademiyasında müxtəlif mövzular üzrə seminar və praktik məşğələlər keçirilib.

 

Qeyd ki, təlimlərin ilk mərhələsində Qazax, Şəmkir, Tovuz, Ağstafa və Gədəbəy rayon mərkəzi xəstəxanalarının Reanimasiya-anesteziologiya şöbəsində çalışan 7 həkim və 19 orta tibb işçisi iştirak edib.

 

Təlimlərin sonunda ixtisasartırma kursunun təşkilində göstərdikləri yüksək peşəkarlıq və dəstəyə görə Əməliyyatxana bölməsinin müdiri, anestezioloq-reanimatoloq Lalə Əliyeva, reanimatoloq-anestezioloq Bayram Nuriyev, eləcə də anesteziya üzrə tibb bacısı Sevda Möhbalıyeva təşəkkürnamə ilə təltif ediliblər.

 

Xatırladaq ki, bölgələrdə göstərilən reanimotoloji və anestezioloji xidmətlərin səviyyəsinin yüksəldilməsinə, pasiyent məmnuniyyətinin artırılmasına və tibbi heyətin peşəkar inkişafına töhfə verməyi hədəfləyən təlimlərə TƏBİB tabeliyində fəaliyyət göstərən digər tibb müəssisələrinin də cəlb olunması nəzərdə tutulub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır