Telogen effluviumun yaranma SƏBƏBi və yaratdığı FƏSADLAR - Trixoloq açıqladı  
16.11.2020 22:53

"Telogen effluvium yaranan insanın orqanizmində olan bəzi dəyişikliklər daha çox tükü telogen fazasına itələyir".

 

Aztibb.az xəbər verir ki, bunu kosmetoloq-trixoloq Xatirə Şirəliyeva telogen saç tökülməsinin səbəblərindən danışarkən deyib.

 

O bildirib ki, tellogen effluviumu olan şəxsdə 100 tük əvəzinə, 300 tük tökülür:

 

"İnsanın saç köklərinin 85-90%-i aktiv olaraq böyüyərkən (anogen faza), digər saç kökləri dincəlir (telogen faza). Bir saç 2-4 il anogen fazada olur, daha sonra telogen fazaya keçir. 2-4 ay dinlənir və tökülür. Tökülən saçların yerinə yeni böyüyən saçlar gəlir. Telogen effluvium yaranan insanın bəzi orqanizmində olan dəyişikliklər daha çox tükü telogen fazasına itələyir. Bu vəziyyətdə tüklərin 30%-i böyüməni dayandırır və tökülmədən əvvəl dinlənmə vəziyyətinə keçir. Yəni, tellogen effluviumunuz varsa 100 tük əvəzinə, 300 tük töküləcək".

 

Trixoloq telogen effluviumun yaranma səbəblərindən də danışıb.

 

"Telogen effluvium bir çox səbəblərdən yarana bilər. Bunlara cərrahi müdaxilə, böyük psixoloji stres, yüksək temperatur, infeksion xəstəliklər, hormonal dəyişikliklər, dəmir əksikliyi, hipotiroidizm və ya supertiroidizm aiddir. Bundan başqa dietada dəyişiklik, çox çəki itirmə də telogen effluviumun yaranmasına səbəb ola bilir", - trixoloq qeyd edib.

 

O, vurğulayıb ki, əgər yastıq üzünüzdə, hamamda və darağınızda daha çox saç görürsünüzsə, demək bu problem sizdə də var.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza