ATU nümayəndələri EAACI 2025 illik konqresində iştirak ediblər  
21.06.2025 10:50

Birləşmiş Krallığın Şotlandiya bölgəsi, Qlazqo şəhərində keçirilən EAACI (European Academy of Allergy and Clinical Immunology) 2025 İllik Konqresi uğurla başa çatıb. Dünyanın ən aparıcı allergologiya və klinik immunologiya mütəxəssislərini bir araya gətirən bu beynəlxalq forumda Azərbaycan Tibb Universitetinin (ATU) Allergologiya və immunologiya kafedrasının əməkdaşları da iştirak ediblər.

 

Bu barədə Aztibb.az-a ATU-dan məlumat verilib.

 

Bildirilib ki, ATU nümayəndələri EAACI 2025 konqresinin plenar sessiyalarında və bölmə iclaslarında allergik xəstəliklərin müasir diaqnostikası, immunoterapiyanın gələcək perspektivləri və digər aktual mövzulara həsr edilmiş təqdimatlarla çıxış ediblər. Allergologiya və immunologiya kafedrasının müdiri professor Lalə Allahverdiyeva, Dosent Ülkər Hümbətova immünoassay metodlarının effektivliyi barədə təcrübə paylaşıb, assistent Həmidə Ağarəhimovanın məruzə və təqdimatları tədbir iştirakçılarının diqqətini çəkib. 

 

Üç gün davam edən konqres çərçivəsində ATU nümayəndələri bir sıra Avropa universitetləri və tədqiqat institutlarının mütəxəssisləri ilə ikitərəfli görüşlər keçirib. Görüşlər zamanı gələcəkdə birgə tədqiqat layihələri, təhsil mübadiləsi proqramları və konfrans təşkilatçılığı sahəsində əməkdaşlıq imkanları müzakirə olunub.

 

Azərbaycan Tibb Universitetinin bu cür nüfuzlu beynəlxalq konqresdə iştirakı ölkəmizin səhiyyə elminin dünya standartlarına inteqrasiyasını sürətləndirir, müasir allergologiya və immunologiya sahəsində vaksinasiyadan tutmuş təcili yardım protokollarına qədər elm və praktikanı birləşdirən yeni əməkdaşlıq yolları açır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır