ATU məkdaşları Finlandiyanın elmi-tədris müəssisələrində işgüzar səfərdə olublar  
20.06.2025 19:25

Bu günlərdə Helsinki və Turku Universitetlərinin Stomatoloji İnstitutlarını ziyarət edən Azərbaycan Tibb Universitetinin nümayəndə heyəti ATU ilə Finlandiya ali təhsil müəssisələri arasında elmi və praktik əməkdaşlıq imkanlarını nəzərdən keçiriblər.

 

Bu barədə Aztibb.az-a ATU-dan xəbər verilib.

 

Səfərin əsas məqsədi həmin təhsil müəssisələrində stomatoloji fakültənin iş gedişatı, tədris prosesi zamanı istifadə edilən texniki təchizat, müasir laboratoriyaların və stomatoloji tədris bazalarının potensialı ilə tanışlıq və elmi-tədqiqat sahəsində birgə fəaliyyət imkanlarının araşdırılması olub.

 

ATU-nun Tədris işləri üzrə prorektoru, Ortopedik stomatologiya kafedrasının müdiri, professor Nazim Pənahov və Tədris Stomatoloji Klinikasının direktoru, tibb üzrə fəlsəfə doktoru İmran Ağayev stomatoloji avadanlıq istehsal edən aparıcı şirkətlərdən birinə baş çəkərək, rəqəmsal stomatologiya sahəsində tətbiq edilən müasir texnologiyalar və onların praktik əhəmiyyəti ilə tanış olublar. Bu texnologiyaların Azərbaycan Tibb Universitetində tətbiqi və tədris prosesinə inteqrasiyası ilə bağlı ilkin fikir mübadiləsi aparılıb.

 

Səfər çərçivəsində aparılan müzakirələr nəticəsində əldə olunan təcrübənin Azərbaycan Tibb Universitetində təhsil alanlar üçün əlçatan edilməsi, onların beynəlxalq standartlara uyğun mühitdə təhsil almalarına əlverişli şərait yaradılması əsas prioritetlərdən biri kimi vurğulanıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır