Qurudulmuş məhsullarda olan GİZLİ TƏHLÜKƏ
16.11.2020 17:18

Quru meyvələr, tərəvəzlər, çərəzlər, ədviyyatlar ilboyu istifadə olunsa da, onlara tələbat payız-qış mövsümündə daha da artır. Mütəxəssislər hesab edir ki, düzgün şərtlərlə, qaydalara uyğun qurudulmuş və saxlanılan meyvə-tərəvəzlər hətta təzələrdən də faydalı təsirlərə malikdir. Qurudulmuş meyvə və tərəvəzlər üçün ən böyük təhlükələrdən biri isə kif göbələyi olan aflatoksindir. 

 

Aztibb.az Türkiyə mətbuatına istinadən bildirir ki, qidalanma mütəxəssisləri bu göbələyin bir çox xəstəliyə səbəb olduğunu söyləyirlər. Amma orqanizmə uzun müddətdə aflatoksin daxil olması daha çox qaraciyərin zədələnməsinə və qaraciyər xərçənginə səbəb olur.

 

Türkiyəli dietoloq Gözde Güzelcan insanları qurudulmuş meyvə və tərəvəzlərdə rast gəlinən bu göbələyə qarşı diqqətli olmağa çağırıb. Aflatoksin göbələklərinin bir çox xəstəliyə səbəb olduğunu ifadə edən mütəxəssis qeyd edib ki, kanserogen təsiri olan aflatoksin hepatit, HİV kimi xəstəliklərə də səbəb olur. Bu göbələk immunitet sisteminə təsir edərək lazımlı vitamin və mineralların təsirlərinin azamasına da səbəb olur.

 

Mütəxəssis deyib ki, açıq havada satılan quru məhsulların hansında bu göbələyin olduğunu bilmək mümkün deyil, bu səbəbdən həmin məhsulların mümkün qədər evdə qurudulması daha faydalı olar. Evdə qurudulan məhsulları isə quru yerdə, nəm olmayan mühitdə saxlamaq lazımdır ki, kiflənməsin.

 

Qeyd olunub ki, əncir, albalı, alma, gilas, eləcə də qurudulmuş pomidor, bibərdə aflatoksin olma ehtimalı daha yüksəkdir.

 

Dietoloq açıq yerlərdə satılan qurudulmuş qidalardan çəkinmək lazım olduğunu deyib. Onun sözlərinə görə, etibarlı şirkətlərin qablaşdırılan məhsullarına üstünlük verilməlidir. Bu səbəbdən insanlar açıq satılan yox, qablaşdırılmış məhsulları almalıdırlar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub