AQTİ-də qida məhsullarının yararlılıq müddəti laborator sınaqlarla təyin olunur  
20.06.2025 15:09

İstehsal və satış prosesində qida məhsullarının keyfiyyətinin qorunması, onların saxlanma müddəti ərzində etiketində göstərilən qida dəyərinə uyğun qalması əsas tələblərdən biridir. Bu istiqamətdə istehlakçı hüquqlarının müdafiəsi məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) "rəf ömrünün təyini" üzrə sınaqlar həyata keçirir. Bu sınaqlar məhsulun istehsal tarixindən son istifadə müddətinə qədər olan dövrdə istehlaka yararlılığını müəyyənləşdirməyə xidmət edir.

 

AQTİ-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Aztibb.az-a verilən məlumata görə, qida məhsulları üzərində aparılan sınaqlar mikrobioloji, fiziki-kimyəvi və toksikoloji parametrlər əsasında qiymətləndirilir. Sınaqlar yekunlaşdıqdan sonra məhsulun təhlükəsizlik və keyfiyyət baxımından hansı müddət ərzində saxlanıla biləcəyi elmi əsaslarla müəyyən edilir və təsdiqlənmiş hesabat sifarişçiyə təqdim olunur. Müayinələr yüksək səriştəliliyə malik personal tərəfindən beynəlxalq metodlara uyğun olaraq həyata keçirilir.

 

Sınaqların aparılmasında məqsəd qida təhlükəsizliyinin təmin olunmasında iştirak edən tərəflər arasında inamın artırılmasıdır. Qida məhsullarında sürətləndirilmiş rəf ömrünün təyin edilməsi sınaqları bu sahədə fəaliyyət göstərən istehsalçılara da müxtəlif istiqamətlərdə dəstək verir. Keyfiyyətin qorunması üçün uyğun saxlanma şəraitinin təyin edilməsi ortaya çıxa biləcək potensial problemlərin erkən mərhələdə aşkarlanması ilə nəticələnir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır