Almaniya ilə əməkdaşlıq çərçivəsində Yeni Klinika təlimlər davam edir  
13.06.2025 15:04
TƏBİB və Yeni Klinika ilə Almaniyanın nüfuzlu səhiyyə idarəetmə şəbəkələri olan “Falk Beratung” və “Sana Hospital Group” arasında imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində Yeni Klinikada tibb və qeyri-tibb heyət üçün növbəti təlimlər keçirilib.
 
Aztibb.az-ın TƏBİB-ə istinadla məlumatına görə, təlimlərdə Almaniyadan dəvət olunmuş yüksəkixtisaslı mütəxəssislər – Seven Heininges və Helene Maucher tərəfindən həm nəzəri, həm də praktik biliklər təqdim olunub. İki gün davam edən təlimlərə ümumilikdə 10 qeyri-tibb və 10 tibb heyəti cəlb olunub.
 
Yeni Klinikanın iqtisadi işlər üzrə direktor müavini Ravil Tağıyevin iştirakı ilə baş tutan təlimlər zamanı “Beynəlxalq xəstə strategiyası” və “Tibb bacıları strategiyası” mövzularında seminarlar keçirilib.
 
“Tibb bacıları strategiyası” üzrə keçirilmiş seminarın əsas məqsədi klinikada tibb bacısı xidmətləri üzrə ortaq missiyanın formalaşdırılması, qulluq idarəçiliyində liderliyin vahid anlayışının yaradılması və strateji məqsədlərin müəyyənləşdirilməsi olub. Seminar zamanı baş və böyük tibb bacılarının dəyişiklik prosesindəki rolu və məsuliyyətləri dəqiqləşdirilib, ilkin icra addımları müəyyənləşdirilib. Həmçinin rəhbərlikdən komanda üzvlərinə qədər uzanan çox layihəli tətbiq modelinin əsasları formalaşdırılıb.
 
“Beynəlxalq xəstə strategiyası” seminarında isə iştirakçılara beynəlxalq pasiyent qəbulunun strateji əsasları, beynəlxalq ofisin funksiyası, bazar və xidmət mövqeləndirməsi kimi önəmli mövzular təqdim olunub. Seminar çərçivəsində Azərbaycan nümunəsi əsasında sağlamlıq turizmi strategiyası təhlil edilib, iştirakçılar qrup məşğələləri vasitəsilə pasiyent marşrutunu müəyyən edərək prioritet bazarları və qısa müddətdə həyata keçirilə biləcək tədbirləri müəyyənləşdiriblər.
 
Qeyd edək ki, təlimlər Yeni Klinikada tibbi xidmətlərin davamlı inkişafına və beynəlxalq standartlara uyğunlaşdırılmasına xidmət edir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır