ATU-nun Tədris Stomatoloji Klinikasının səyyar xidməti davam edir  
13.06.2025 16:50

Azərbaycan Tibb Universitetinin Tədris Stomatoloji Klinikası əsas həkim heyəti və rezident həkimlərin iştirakı ilə stomatoloji xidmətlərə əlçatanlığı artırmaq və cəmiyyətin ağız-diş sağlamlığını qorumaq məqsədilə səyyar xidmətlərini davam etdirir.

 

ATU-dan Aztibb.az-a bildirilib ki, bu dəfəki ünvan Azərbaycan Texniki Universiteti olub. Burada 100-dən çox tələbənin müayinəsi həyata keçirilib.

 

Xüsusi diqqət ağız boşluğunda kariyes, diş əyrilikləri, diş əti xəstəlikləri və digər ortodontik problemlərin erkən mərhələdə aşkarlanmasına yönəldilib. Aşkarlanan hallar qeydiyyata alınaraq, vaxtında müdaxilə üçün ilkin tədbirlər görülüb. Bu yanaşma gələcəkdə daha ciddi stomatoloji problemlərin qarşısını almağa kömək edəcək.

 

Bildirək ki, səyyar xidmət yalnız tələbələrlə məhdudlaşmır. Layihə çərçivəsində Bakı şəhəri üzrə müxtəlif əraziləri əhatə edən növbəti səfərlər də planlaşdırılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır