Qəbələ RMX-da ilk dəfə histeroskopik polipektomiya əməliyyatı uğurla icra edilib  
11.06.2025 12:23
TƏBİB-in region xəstəxanalarının inkişaf etdirilməsi, tibb müəssisələrinin modernləşməsi, onların yeni tibbi avadanlıqlarla təmin olunması, paytaxtdan asılılığının azaldılması və beləliklə, keyfiyyətli tibbi xidmətlərə əlçatanlığının təmin edilməsi istiqamətində gördüyü işlər müsbət nəticələr verir.
 
Qəbələ Rayon Mərkəzi Xəstəxanasında ilk dəfə icra edilən cərrahi əməliyyat 1982-cü il təvvəllüdlü şəxs üzərində aparılıb. Endometrial polip diaqnozu ilə tibb müəssisəsinə müraciət edən qadın üzərində histeroskopik polipektomiya (polipin histeroskopik üsulla götürülməsi) əməliyyatı uğurla icra edilib.
 
Bu barədə Aztibb.az-a Qəbələ RMX-dan məlumat verilib.
 
Bildirilib ki, cərrahi əməliyyat həkim-cərrah-mama-ginekoloq Qızxanım Rəşid, assistent həkim-cərrah-uroloq Elçin Bağırlı və həkim-anestezioloq-reanimatoloq Həyat Ədilova tərəfindən icra edilib.
 
Əməliyyatdan sonra pasiyentə zəruri tibbi xidmətlər göstərilib və vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən o, ambulator müalicə üçün evə buraxılıb.
 
Qeyd edək ki, bugünədək, əsasən, paytaxtdakı ixtisaslaşmış tibb müəssisələrində icrası mümkün olan bir sıra mürəkkəb əməliyyatlar, həmçinin tibbi müayinələr artıq region xəstəxanalarında da həyata keçirilir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır