Sumqayıtda maarifləndirici seminar: "Uşaqlarda immun çatışmazlıqlarına differensial yanaşma"
11.06.2025 09:27

Sumqayıt Tibb Mərkəzinin (STM) Uşaq Xəstəxanasında maarifləndirici seminar keçirilib.

 

Mərkəzdən Aztibb.az-a bildirilib ki, STM-nin pediatrlarının iştirak etdiyi seminarı giriş sözü ilə açan Uşaq Xəstəxanasının baş həkimi Esmira Hüseynova bu kimi maarifləndirici tədbirlərin əhəmiyyətindən danışıb.

 

Sonra Azərbaycan Tibb Universitetinin II Uşaq xəstəlikləri kafedrasının dosenti Məleykə Kərimova "Uşaqlarda immun çatışmazlıqlarına differensial yanaşma" mövzusunda məruzə ilə çıxış edib.

 

M. Kərimova immun çatışmazlıqlarının əsas növləri, diaqnostik yanaşmalar və müalicə prinsipləri barədə ətraflı məlumat verib.

 

Məruzədə uşaqlarda bu xəstəliklərin vaxtında aşkarlanmasının əhəmiyyəti xüsusi vurğulanıb.

 

Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən seminarın sonunda auditoriyanı maraqlandıran suallar cavablandırılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır