Daha bir gənc həkim Mərkəzi Gömrük Hospitalında işə başlayıb
05.06.2025 15:58
Mərkəzi Gömrük Hospitalında kadr təyinatı olub.
 
Hospitaldan Aztibb.az-a verilən məlumata görə, Günel Cəfərova Əməliyyatxana, Reanimasiya və İntensiv Terapiya şöbəsində anestezioloq-reanimatoloq vəzifəsində işə başlayıb.
 
Günel Cəfərova Naxçıvan Dövlət Universitetinin Müalicə işi fakültəsində bakalavr təhsili alıb, ali təhsilini uğurla başa vurduqdan sonra 2021–2024-cü illərdə Dövlət Gömrük Komitəsinin Mərkəzi Hospitalının Əməliyyatxana, Reanimasiya və İntensiv Terapiya şöbəsində anestezioloq-reanimatoloq ixtisası üzrə rezidentura keçib.
 
Rezidentura təhsili dövründə Günel Cəfərova Mərkəzi Gömrük Hospitalının rəisi-Baş həkim Bəxtiyar Musayev, kuratoru Əməliyyatxana, Reanimasiya və İntensiv Terapiya şöbəsinin rəisi Dr.Tural Sadıqov və şöbənin anestezioloq-reanimatoloqları – Dr.Mehdi Əliyev, Dr.Rəşad Nəsirli, Dr.Könül Həsənova, Dr.Şahin Mazanov, Dr.Xəyal Məmmədov və Dr.Sevda Hüseynovanın rəhbərliyi ilə fəaliyyət göstərərək zəngin praktiki təcrübə əldə edib.
.
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır