Kliniki Tibbi Mərkəzdə mədə törəməsi əməliyyatı icra edilən xəstə sağaldı
05.06.2025 09:12

21.04.2025-ci il tarixində 47 yaşlı pasiyent ağır vəziyyətdə mədə-bağırsaq qanaxması diaqnozu ilə Kliniki Tibbi Mərkəzə gətirilib. Xəstə üzərində zəruri müayinələr aparılıb və təcili cərrahi əməliyyata göstəriş olub.

 

Mərkəzdən Aztibb.az-a bildirilib ki, Ümumi Cərrahiyyə şöbəsinin müdiri Nazim Həsənovun icra etdiyi, asistentlər Ağanur Cavadov və Maya Xudiyevanın iştirakı ilə baş tutun əməliyyat zamanı mədənin kardioezofageal keçidində törəmə aşkarlanıb.

 

Törəmənin yerləşməsi və xəstənin vəziyyəti nəzərə alınaraq, onkoloji prinsiplərə uyğun olaraq xəstəyə total qastrektomiya, ezofagoyeyunostomiya (intestinal interpozisiya ilə), splenektomiya, D3 limfodisseksiya əməliyyatları icra olunub.

 

Əməliyyatdan sonrakı dövr Cərrahi Reanimasiya və Ümumi Cərrahiyyə şöbəsində davam edib, xəstəyə zəruri müalicələr tətbiq olunub.

 

Uğurlu əməliyyat və müalicə prosedurlarından sonra xəstənin vəziyyəti stabilləşib və qənaətbəxş vəziyyətdə ambulator müalicə üçün evə buraxılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır