Mərkəzi Neftçilər Xəstəxanasında insan alveri və orqan transplantasiyasına dair maarifləndirici təlim keçirilib  
05.06.2025 10:27
Mərkəzi Neftçilər Xəstəxanasında “İnsan alverinin aşkarlanması və insan orqan və toxumalarının transplantasiyası” mövzusunda maarifləndirici təlim təşkil olunub.
 
Xəstəxanadan Aztibb.az-a bildirilib ki, təlim Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 22 iyul tarixli 2173 nömrəli Sərəncamı və “2020–2024-cü illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq, TƏBİB-in dəstəyi və Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin iştirakı ilə həyata keçirilib.
 
Tədbirdə İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin nümayəndəsi Vamiq Nəməndzadə çıxış edərək insan alveri ilə mübarizədə hüquq-mühafizə orqanlarının fəaliyyətindən və transplantasiya sahəsində qanunvericiliyin tələblərindən bəhs edib.
 
Təlimdə xəstəxananın tibbi və qeyri-tibbi personalı iştirak edib. Onlara orqan və toxuma transplantasiyasının hüquqi və etik tərəfləri, eyni zamanda insan alverinin tibbi müstəvidə tanınması və qarşısının alınması yolları barədə ətraflı məlumat verilib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır