Salyan RMX-da qanvermə aksiyası keçirilib  
04.06.2025 16:18
Heydər Əliyev Fondu artıq 20 ildir ki, “Talassemiyasız həyat naminə” proqram həyata keçirir. Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın talassemiyalı insanların həyatını xilasetmə yönündə nəcib təşəbbüsü – könüllü qanvermə aksiyasına çağırışı bu gün də dəstəklənir. Bu proqram çərçivəsində Səhiyyə Nazirliyi Respublika Qan Bankının tibbi briqadası talassemiya xəstəliyindən əziyyət çəkənlərə yardım məqsədilə Salyan Rayon Mərkəzi Xəstəxanasında qanvermə aksiyası keçirib.
 
Xəstəxanadan Aztibb.az-a bildirilib ki, xeyirxah, humanist çağırışa qoşulan Salyan rayon sakinləri donorluq aksiyasında yaxından iştirak ediblər. Həkim-hematoloqlar tərəfindən hər bir donorla sorğu aparılıb, onun sağlamlığı öncədən yoxlanılıb, hərtərəfli tibbi müayinədən sonra onlardan qan götürülüb.
 
Ümumilikdə, bu nəcib aksiyada qan verib yaşatmaqla bir həyat qurtaran könüllü donor şəfqət, mərhəmət, humanizm, xeyirxahlıq və bu kimi yüksək insani keyfiyyətlər sərgiləyərək yaxından iştirak edib.
 
Qeyd edək ki, tədarük olunan qan komponentlərə ayrılaraq Mərkəzi Qan Bankının bazasına yerləşdiriləcək və talassemiyadan əziyyət çəkən insanların qanla təminatında istifadə olunacaq.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır