Yunanıstanda 20 min həkim ölkəni tərk etdi
04.06.2025 15:56

Yunanıstanda iqtisadi böhranın hiss olunmağa başladığı 2010-cu ildən bəri təxminən 20 min həkimin ölkəni tərk etdiyi bildirilir.

 

Bu barədə Aztibb.az medimagazin.com.tr-yə istinadla xəbər verir.

 

Yunan mətbuatında yer alan xəbərə görə, maaşların azlığı, həddindən artıq iş yükü, kadr çatışmazlığı və iqtisadi qeyri-müəyyənliklər səbəbindən bir çox həkim xaricə getməyə üstünlük verir.

 

Bildirilib ki, dövlət xəstəxanalarında çalışan gənc həkimlər ayda 1500 avrodan az maaş alır və həftədə 65 saatdan çox iş saatı ilə üzləşirlər.

 

Miqrasiya edən həkimlərin əksəriyyətinin 25-44 yaş arasında olan gənc mütəxəssislər olduğu və bu vəziyyətin səhiyyə xidmətlərinin keyfiyyətini aşağı salmaqla yanaşı, ölkənin məhsuldar əhalisinə də mənfi təsir göstərdiyi vurğulanıb.

 

Yunan həkimlərin ən çox üstünlük verdiyi ölkələr arasında İngiltərə, Almaniya, Fransa, Cənubi Kipr Rum Administrasiyası, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı olduğu bildirilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır