"Həkimlərimizi tanıyaq!" rubrikasının növbəti buraxılışı
05.06.2025 09:45
Dünyada həkimlik qədər şəfalı, şəfqətli, xeyirxah və humanist peşə yoxdur. Bütün zamanlarda xalqlar arasında həkim cəmiyyətin ən çox sevilən və hörmət edilən təbəqəsi sayılıb, onların haqqında hikmətli sözlər yazılıb. Seçdiyi peşəsindən, həyatdakı işindən, mövqeyindən asılı olmayaraq, hər kəsin qəlbində bu sənət sahiblərinə qarşı ali hisslər yaşayır.
  
Aztibb.az-ın "Həkimlərimizi tanıyaq!" rubrikasında söz açacağımız Qənbərov Əligüllah Əli oğlu Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının Pediatriya şöbəsinin müdiridir.
 
O, 1 yanvar 1969-cu il tarixində Hacıqabul rayonunun Abdulabad kəndində anadan olub. 1975–1983-cü illərdə Abdulabad kənd orta məktəbində, 1985–1987-ci illərdə isə Bakı şəhəri Kimya-Biologiya təmayüllü internat məktəbində təhsil alıb.
 
1991–1997-ci illər ərzində Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsində ali tibb təhsili alıb və təhsilini fərqlənmə diplomu ilə başa vurub.
 
Əligüllah Qənbərov 1997–2002-ci illərdə Abdulabad kənd həkim ambulatoriyasının müdiri, 2002–2020-ci illərdə Uşaq Tibb Mərkəzinin müdiri, 2020–2024-cü illərdə Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının Poliknilka şöbəsinin müdiri vəzifələrində çalışıb. 2024-cü ildən Pediatriya şöbəsinin müdiri kimi fəaliyyətini davam etdirir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır