Qəzaya düşən Milli Qəhrəman süni tənəffüs aparatına qoşulub
16.11.2020 11:15

Azərbaycan Milli qəhrəmanı, polkovnik-leytenant Məhəmməd Həsənov yol qəzasına düşüb.

 

M.Həsənovun oğlu Rəhim Həsənov bildirib ki, noyabrın 9-da atası Məhəmməd Həsənov Goranboy rayonunun Qızılhacılı qəsəbəsi ərazisində qəzaya düşüb.  

 

M.Həsənov hazırda Gəncə Beynəlxalq Xəstəxanasında müalicə olunsa da, vəziyyəti ağırdır: “Atam süni tənəffüs aparatına qoşulub. Burada həkimlər əllərindən gələni etdilər. Amma vəziyyəti ağır olaraq qalır. Fikirləşirik ki, bəlkə daha yaxşı şəraiti və texniki imkanları olan xəstəxanaya köçürülsə, atamı xilas etmək olar”.

 

Xatırladaq ki, Məhəmməd Həsənov Birinci Qarabağ Müharibəsində özünün yaratdığı könüllülərdən ibarət Goranboy Birinci Özünmüdafiə taborunun komandiri olub. Bu tabor M.Həsənovun rəhbərliyi ilə Goranboyun kəndlərini işğaldan qoruyub və Şaumyan kəndini, Ağdərənin bir neçə kəndini işğaldan azad edib. Daha sonra isə 019 saylı (ləğv edilib-red.) hərbi hissənin komandiri olub. M.Həsənov hazırda vaxtilə şagirdi olduğu 3 nömrəli tam orta məktəbin direktorudur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır