Çecenistanda qaz partlayışı nəticəsində ağır yanıq xəsarətləri alan Azərbaycan vətəndaşı ölkəyə təxliyə olunub
28.05.2025 14:58

19 aprel 2025-ci il tarixində Çecenistan Respublikasının Qroznı şəhərində yerləşən kirayə mənzildə gecə saatlarında baş vermiş qaz partlayışı nəticəsində yanğın olub. Hadisə nəticəsində 61 yaşlı (kişi cinsli) şəxs ağır bədən yanığı xəsarətləri alıb. Xəsarət alan şəxsin bədəninin baş və üst tənəffüs yolları da daxil olmaqla ümumilikdə 50 faizi yanmışdır.

 

Zərərçəkən hadisədən təxminən 30 dəqiqə sonra Qroznı şəhərində yerləşən Kadırov adına Respublika Klinik Xəstəxanasının Yanıq şöbəsinin reanimasiya bölməsinə yerləşdirilərək, müvafiq müalicə alıb.

 

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım  Mərkəzindən Aztibb.az-a bildirilib ki, 23 may 2025-ci il tarixində, saat 18:35-də zərərçəkən ağır vəziyyətdə Rusiya-Azərbaycan sərhədinin neytral zonasından təcili tibbi yardım briqadası tərəfindən təhvil alınıb. Həmin gün saat 20:55-də xəstə bədənin, başın, boynun, yuxarı və aşağı ətrafların, habelə yuxarı tənəffüs yollarının 2-ci, 3-cü və 4-cü dərəcəli termiki yanığı diaqnozu ilə Yanıq Mərkəzinə təcili tibbi yardım briqadası tərəfindən çatdırılıb.

 

Təxliyə zamanı xəstəyə zəruri tibbi yardım göstərilmiş və hazırda o, ixtisaslaşdırılmış tibb müəssisəsində müalicəsini davam etdirir.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır