Britaniyada Alzheymeri erkən aşkarlayan yeni beyin müayinəsi texnikası hazırlanıb  
28.05.2025 10:48

Böyük britaniyalı alimlər Alzheymer xəstəliyini hələ simptomlar başlamadan əvvəl müəyyən edə bilən yeni beyin müayinəsi texnikası hazırlayıblar.

 

Aztibb.az www.dailymail.co.uk-a istinadla xəbər verir ki, dünyada ilk dəfə tətbiq olunan bu üsul beyin hüceyrələrinin strukturunu təhlil edərək xəstəliyin erkən mərhələlərində təsirlənən kortikal bölgələrdəki incə dəyişiklikləri müəyyən edə bilir. Hazırda demensiya və oxşar xəstəliklərin diaqnozu adətən yaddaş problemlərini müəyyən edən testlərə və beyində həcm itkilərini göstərən MRT müayinələrinə əsaslanır. Bu isə çox vaxt xəstəliyin artıq irəlilədiyi mərhələdə diaqnozun qoyulması ilə nəticələnir.

 

“Kortikal nizamsızlıq ölçümü” (cortical disarray measurement) adlanan bu yeni üsul MRT görüntülərini təhlil edən xüsusi proqram təminatından istifadə edərək neyrodegenerasiyanın daha incə əlamətlərini aşkarlayır. Tədqiqatçılar bu dəqiq diaqnostika alətinin demensiyadan narahat olan milyonlarla insan üçün ümid işığı ola biləcəyini bildiriblər. Yeni üsulun tətbiqi sayəsində Alzheymer xəstəliyinin daha erkən aşkarlanaraq müalicəyə başlanması mümkün ola bilər.

 

Britaniyanın “Oxford Brain Diagnostics” şirkəti artıq bu texnologiyanı tətbiq etmək üçün rəsmi sertifikat alıb və hazırda onu özəl səhiyyə müəssisələrində istifadəyə vermək məqsədilə danışıqlar aparır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır