Qubada evdə partlayış olub, xəsarət alanlar var
15.11.2020 11:13

Qubada qaz təchizatından qeyri-qanuni istifadə edən evdə partlayış baş verib. Hadisə rayonun Əlibəyqışlaq kəndində fərdi yaşayış evində qeydə alınıb.

 

Kənd sakini, 1974-cü il təvəllüdlü Nazim Nurbala oğlu Nəsirov, həyat yoldaşı 1988-ci il təvəllüdlü Nazbikə Seyfəl qızı Nəsirova və övladları, 2013-cü il təvəllüdlü Məhəmməd Nəsirov ağır yanıq xəsarətləri ilə Quba Regional Diaqnostika və Müalicə Mərkəzinə yerləşdiriliblər.

 

Xaçmaz Regional Qaz İstismarı İdarəsi Quba Xidmət Sahəsindən verilən məlumata görə, partlayışa səbəb vətəndaşın yeni tikdiyi evə eyni həyətdə olan evdən rezin boru vasitəsilə qaz şəbəkəsinə qanunsuz qoşulması, təhlükəsizlik qaydalarını pozması və təbii qazdan qeyri-qanuni istifadə etməsi olub. İdarə əməkdaşları dəfələrlə vətəndaşa xəbərdarlıq etdiklərini və təbii qazın verilişini dayandırdıqlarını bildiriblər.

 

Quba Regional Diaqnostika və Müalicə Mərkəzindən verilən məlumata görə, hər üç xəstə şok vəziyyətindədir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır