Mərkəzi Gömrük Hositalının nefroloqu Şəbnəm Qədməliyeva - "Həkimlərimizi tanıyaq!" rubrikası
20.05.2025 09:20
“Həkimlərimizi tanıyaq!” rubrikamızda Sizə Mərkəzi Gömrük Hositalının Nefrologiya və Efferent Terapiya şöbəsinin həkim-nefroloqu Şəbnəm Qədməliyevanı təqdim edirik.
 
O, 2012–2018-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində təhsil alıb və universiteti fərqlənmə diplomu ilə bitirib. Peşəkar inkişaf yolunda uğurla irəliləyən Şəbnəm həkim 2018–2022-ci illərdə Mərkəzi Gömrük Hospitalının Nefrologiya və Efferent Terapiya şöbəsində nefrologiya ixtisası üzrə rezidentura təhsili alıb.
 
Şəbnəm Qədməliyeva Mərkəzi Gömrük Hospitalında nefroloji xəstələrin və böyrək transplantasiyası keçirmiş pasiyentlərin poliklinik və stasionar müalicəsini, uzunmüddətli hemodializ kateterinin qoyulmasını, kəskin və xroniki böyrək çatışmazlığında hemodializ, hemofiltrasiya, izolyasiya olunmuş ultrafiltrasiya və membran plazmafarez prosedurlarını icra edir.
 
Peşəsinə böyük həvəs və məsuliyyətlə yanaşan Şəbnəm Qədməliyeva daim tibbin inkişaf tendensiyalarını izləyir, müasir yanaşmaları mənimsəməyə və biliklərini daim təkmilləşdirir. O, ölkəmizdə və xaricdə nefrologiya sahəsi üzrə təşkil edilən müxtəlif elmi tədbirlərdə, konfrans və konqreslərdə aktiv şəkildə iştirak edir. 
 
Həkim Azərbaycan Nefroloqlar Cəmiyyətinin üzvüdür. 
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır