Xeyriyyə aksiyası: Muxtar respublikada 2600-dən çox uşaq tibbi müayinə olunub
07.05.2025 13:04

 

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşəbbüsü ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində muxtar respublikada ilk dəfə olaraq uşaq bağçalarında D vitamininin profilaktik məqsədlə paylanması üzrə xeyriyyə aksiyası keçirilib.

 

Nazirliyin mətbuat xidmətindən Aztibb.az-a bildirilib ki, layihə çərçivəsində əsas məqsəd uşaqların sağlam inkişafının dəstəklənməsi, immun sistemlərinin möhkəmləndirilməsi və D vitamini çatışmazlığı ilə bağlı risklərin azaldılması olub. Aksiya, həmçinin raxit və digər hipovitaminoz hallarının profilaktikasında mühüm rol oynayıb.

 

Naxçıvan şəhərində yerləşən məktəbəqədər təhsil müəssisələrində 1670 uşaq müayinədən keçirilib, onlardan 233 nəfər dispanser qeydiyyatına götürülüb və ümumilikdə 2249 doza D vitamini paylanılıb.

 

Aksiya zamanı muxtar respublikada rayonlar üzrə fəaliyyət göstərən uşaq bağçalarında isə ümumilikdə 1241 uşaq tibbi nəzarətə cəlb olunub, onlardan 955 nəfəri ilkin tibbi müayinədən keçib, 151 nəfər dispanser qeydiyyatına alınıb. Eyni zamanda, 1241 uşağa D vitamini paylanılıb.

 

Xeyriyyə aksiyası çərçivəsində həyata keçirilmiş kompleks tibbi-profilaktik tədbirlər nəticəsində uşaqlar arasında sağlam həyat tərzinin təşviqi, erkən yaşlardan etibarən xəstəliklərin qarşısının alınması istiqamətində mühüm addımlar atılıb.

 

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi bu kimi profilaktik tədbirlərin gələcəkdə də sistemli şəkildə həyata keçirilməsini nəzərdə tutur və uşaqların sağlamlığının qorunmasını prioritet istiqamət kimi müəyyənləşdirir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub