Sumqayıtda “Ürək-damar risklərinin idarə olunması: Xroniki ürək çatışmazlığı və lipidlərə fokus” adlı seminar keçirilib
07.05.2025 11:42

Sumqayıtda “Ürək-damar risklərinin idarə olunması: Xroniki ürək çatışmazlığı və lipidlərə fokus” mövzusunda seminar keçirilib.

 

Seminarda Sumqayıt Tibb Mərkəzinin direktor müavini, tibb üzrə fəlsəfə doktoru Ramin Qasımov, 4 nömrəli Şəhər Xəstəxanasının baş həkimi Bahadır Mahmudov, 2 nömrəli Şəhər Xəstəxanasının Poliklinika şöbəsinin müdiri Şükür Əliyev, həmçinin tabeli müəssisələrdə çalışan kardioloq, endokrinoloq, reanimatoloq və terapevtlər iştirak ediblər.

 

Bu barədə Aztibb.az-a STM-dən xəbər verilib.

 

“Liv Bona Dea Hospital”ın invaziv kardioloqu Pərviz Cəfərov "Xroniki ürək çatışmazlığı – hökm deyil: YUPERIO ilə sabitliyə doğru", Bakı Sağlamlıq Mərkəzinin invaziv kardioloqu Fuad Səmədov isə “Yüksək/çox yüksək risq qrupu xəstələri: Hipolipidemik terapiyanın intensivləşdirilmə imkanları” mövzusunda təqdimatla çıxış ediblər.

 

Seminarda mövzu üzrə aktual sayılan risk faktorlarının idarə olunması, sağlam həyat tərzi, idman və psixoloji faktorların əhəmiyyəti vurğulanıb, həkimlərə ən son təlimatlara müvafiq xəstə müşayiəti strategiyası barədə biliklər aşılanıb.

 

Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən seminarın sonunda auditoriyanı maraqlandıran suallar cavablandırılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır