Mərkəzi Gömrük Hospitalının həkimi Özbəkistanda beynəlxalq konfransda çıxış edib
06.05.2025 12:26

Mərkəzi Gömrük Hospitalının Mama-ginekologiya şöbəsinin mama-ginekoloqu, t.ü.f.d. Mehriban Əmirova Özbəkistan Respublikasının Andijan şəhərində keçirilən Andijan Dövlət Tibb İnstitutunun 70 illik yubileyinə həsr olunmuş “Profilaktik təbabətdə yüksək innovativ texnologiyaların istifadəsi” mövzusunda beynəlxalq elmi-praktik konfransda moderator və məruzəçi qismində iştirak edib.

 

Bu məlumat Aztibb.az-a Gömrük Hospitalından verilib.

 

Konfrans çərçivəsində Mehriban Əmirova “Yardımçı reproduktiv texnologiyalarda preqravidar hazırlıq” mövzusunda məruzə çıxış edərək, sahə üzrə mühüm məlumat və praktiki təcrübəsini iştirakçılarla bölüşüb.

 

Tədbirdə dünyanın müxtəlif ölkələrindən gəlmiş 70-dən çox alim və mütəxəssis, ümumilikdə isə 140-dan çox təqdimatçı plenar iclaslar, master-klasslar və altı bölmədən ibarət sessiyalarda çıxış ediblər.

 

“Ana və uşaq sağlamlığı” mövzusuna həsr olunmuş sessiyada müasir tibbin aktual problemləri, yeni elmi yanaşmalar və innovativ texnologiyaların tətbiqi geniş şəkildə müzakirə olunub. Konfransın sonunda Andijan Dövlət Tibb İnstitutunun rəhbərliyi tərəfindən Mehriban Əmirovaya tədbirdə fəal iştirakına görə təşəkkür məktubu və sertifikat təqdim edilib.

 

Səfər çərçivəsində Azərbaycan Respublikasının nümayəndə heyəti Andijan Dövlət Tibb İnstitutunun mama-ginekologiya kafedrasının əməkdaşları və tələbələri ilə görüşərək tədris prosesi ilə yaxından tanış olub, eləcə də Andijan Ana və Uşaq Sağlamlığı Mərkəzində rəhbərlik və aparıcı mütəxəssislərlə görüşərək, mərkəzin şöbələrinin fəaliyyəti ilə tanış olub.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır