Respublika QİÇS-lə Mübarizə Mərkəzinin əməkdaşları 12 inzibati ərazidə yerləşən tibb müəssisələrinin rəhbərləri ilə görüşlər keçirib
01.05.2025 09:19
Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin əməkdaşları ölkəmizdə İİV-ə müayinələrin əhatə dairəsinin genişləndirilməsi, İİV infeksiyasının erkən mərhələdə aşkaralanması və İİV-lə bağlı məlumatlılıq səviyyəsinin yüksəldilməsi məqsədilə 12 inzibati ərazidə (Gədəbəy, Naftalan, Goranboy, Göygöl, Samux, Qazax, Axstafa, Tovuz, Şəmkir, Gəncə, Daşkəsən) yerləşən dövlət tibb müəssisələrinin rəhbərləri ilə görüşlər keçirib.
 
Bu barədə Aztibb.az-a Respublika QİÇS-lə Mübarizə Mərkəzindən məlumat verilib.
 
Bildirilib ki, görüşlərdə Mərkəzin direktor müavini Səbinə Babazadə, baş tibb qardaşı Məhəmməd Həsənov və Gəncə regional laboratoriyasının müdiri Ülkər Qurbanova iştirak ediblər.
 
Görüşlər zamanı İİV infeksiyası ilə bağlı mövcud epidemioloji vəziyyət haqqında geniş məlumat verilib, İİV-in aşkarlanmasında ilkin səhiyyə xidmətinin rolu barədə qarşılıqlı müzakirələr aparılıb, İİV-ə müayinələrin aparılmasının və erkən aşkarlanmanın vacibliyi vurğulanıb.
 
İİV infeksiyası ilə bağlı müayinə üçün toplanan qan nümunələrinin Mərkəz tərəfindən ayrılmış xüsusi nəqliyyat vasitəsilə nəqli üzrə şəraitin təşkili və praktik iş şərtlərinin müəyyən edilməsi, onların icrasına ciddi nəzarət edilməsinin vacibliyi müzakirə edilib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır