ATU əməkdaşları beynəlxalq konqresdə moderatorluq edib
01.05.2025 08:48

Türkiyənin Antalya şəhərində uşaq allerqologiyası, immunologiyası və astması üzrə 19-cu beynəlxalq konqres keçirilib.

 

Azərbaycan Tibb Universitetindən Aztibb.az-a verilən xəbərə görə, pediatrik allerqologiya və immunologiyanın aktual problemlərinə həsr olunmuş konqresdə Avropa Allerqologiya və Klinik İmmunologiya Akademiyasının təmsilçiləri də iştirak ediblər.

 

Uşaqlarda  xronik öskürəklərin səbəbləri, vizinq sindrom, hava kirliliyinin allergik xəstəliklərə təsiri, bronxial astma, allergik rinit, atopik dermatit, angioödem, övrə, anafilaksiya, qida və dərman allergiyası kimi allergik xəstəliklərin uşaqlarda gedişi, patogenezi, diaqnostikası və müalicəsində son yeniliklər, uşaqlarda immun çatışmazlıqlar və onlara müasir yanaşma kimi aktual mövzularda bir-birindən maraqlı məruzələr dinlənilib, geniş diskussiyalar aparılıb.

 

Avropa Allerqologiya və Klinik İmmunologiya Akademiyasının təmsilçilərinin (professor İbon Eguiluz-Gracia, professor Mohamed Shami, professor Sophia Tsabouri) “Pediatrik allerqologiyanın yeni horizontları” bölümündəki çıxışları konqres iştirakçıları tərəfindən daha böyük maraqla qarşılanıb. Konqresin keçirildiyi günlər “22-29 aprel - Anadangəlmə (birincili) immundefisit həftəsi”nə təsadüf etdiyindən, konqres çərçivəsində “İmmundefisitli xəstə uşaqlara dəstək” şüarı ilə xüsusi tədbir də baş tutub.

 

Bu konqresə ölkəmizin təmsilçisi qismində qatılan universitetimizin II Uşaq xəstəlikləri kafedrasının dosenti Məleykə Kərimova “IgE-dən asılı yumurta ağı allergiyası olan uşaqlarda tolerans dəyərləndirmə məqsədilə aparılan qida yükləmə testinin nəticələri” adlı bölümə moderatorluq edib.

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Anestezioloq-reanimatoloq Emil Muradov -
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
AQTA-nın KOB evlərində xidmət göstərən əməkdaşları üçün təlim təşkil olunub
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır