Ötən gün keçirilən imtahanlarda təcili tibbi yardım xidməti yüksək səviyyədə təşkil olunub  
28.04.2025 15:49
Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının keçirildiyi ərazilərdə təcili tibbi yardım xidməti təmin edilib.
 
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin ümumilikdə, 77 briqada imtahan keçirilən şəhər və rayonlara təhkim olunub. Onlardan Bakı şəhəri üzrə 14 briqada, regionlar üzrə isə 63 briqada fəaliyyət göstərib.
 
TƏBİB-dən Aztibb.az-a bildirilib ki, təhsil müəssisələrinin ətrafında və daxilində hər hansı tibbi müdaxilə ehtiyacının yaranma ehtimalı nəzərə alınaraq, təcili tibbi yardım komandaları tam tərkibdə xidmətdə olub və zəruri hallara operativ reaksiya verməyə hazır vəziyyətdə fəaliyyət göstərib.
 
İmtahan müddətində 4 nəfərin təcili tibbi yardım xidmətinə ehtiyacı yaranıb. Cəlilabad və Balakən rayonlarında hər birində müvafiq olaraq 1 nəfərə yerində yardım göstərilib. Quba rayonunda isə 1 nəfərə yerində yardım olunub, 1 şagird bayılma, isterik nevroz diaqnozu ilə tibb müəssisəsinə hospitalizasiya olunub.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır