İİV-ə görə aşkarlanma strategiyası təkmilləşdirilir
28.04.2025 08:10
Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin əməkdaşları ölkəmizdə İİV-ə müayinələrin əhatə dairəsinin genişləndirilməsi, İİV infeksiyasının erkən mərhələdə aşkaralanması və İİV-lə bağlı məlumatlılıq səviyyəsinin yüksəldilməsi məqsədilə 12 inzibati ərazidə (Fizuli, Ağdam, Tərtər, Ağcabədi, Beyləqan, Bərdə, Yevlax, Mingəçevir, Ağdaş, Göyçay, Ucar, Zərdab) yerləşən dövlət tibb müəssisələrinin rəhbərləri ilə görüşlər keçirib.
 
Bu barədə Aztibb.az-a Respublika QİÇS-lə Mübarizə Mərkəzindən xəbər verilib.
 
Bildirilib ki, örüşlərdə Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor müavini Günəş Cəfərova, baş tibb qardaşı Məhəmməd Həsənov və Yevlax və Mingəçevir regional laboratoriyalarının müdirləri Mətanət İmanova, Yeganə Aslanova iştirak ediblər. Görüşlər zamanı İİV infeksiyası ilə bağlı mövcud epidemioloji vəziyyət haqqında geniş məlumat verilmiş, İİV-in aşkarlanmasında ilkin səhiyyə xidmətinin rolu barədə qarşılıqlı müzakirələr aparılmış, İİV-ə müayinələrin aparılmasının və erkən aşkarlanmanın vacibliyi vurğulanmışdır.
 
İİV infeksiyası ilə bağlı müayinə üçün toplanan qan nümunələrinin Mərkəz tərəfindən ayrılmış xüsusi nəqliyyat vasitəsilə nəqli üzrə şəraitin təşkili və praktik iş şərtlərinin müəyyən edilməsi, onların icrasına ciddi nəzarət edilməsinin vacibliyi müzakirə edilib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır