İlkin səhiyyə xidməti üzrə pilot layihə çərçivəsində həkimlər üçün təlimlər təşkil edilib
22.04.2025 16:09

İlkin səhiyyə xidməti üzrə pilot layihə çərçivəsində ağır və kritik vəziyyətdə olan xəstələrin ilkin ixtisaslı tibbi yardım zamanı düzgün çeşidlənməsi, adekvat tibbi yardımın göstərilməsi, eləcə də onların ixtisaslaşmış tibb müəssisələrinə təxliyə və daşınmasının səmərəli şəkildə təşkili məqsədilə təlimlər keçirilib.

 

Təlimçi qismində RTTTYM-in Sabunçu Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim-anestezioloq-reanimatoloqu Emil Xudulu və təcili tibbi yardım üzrə həkim Fikrət Şəfiyev çıxış ediblər.

 

RTTTYM-dan Aztibb.az-a bildirilib ki, təlimlərdə iştirakçı qismində Bərdə Rayon Mərkəzi Xəstəxanasının nəzdində fəaliyyət göstərən ailə sağlamlıq mərkəzləri və kənd həkim məntəqələrində çalışan ailə həkimləri iştirak ediblər. Ümumilikdə, 60 nəfər ailə həkimi təlimə cəlb olunub.

 

Təlimlərin əsas məqsədi pilot layihənin tələblərinə uyğun olaraq həkimlərin praktik bilik və bacarıqlarının artırılması, ilkin mərhələdə tibbi müdaxilələrin keyfiyyətinin yüksəldilməsi olub.

 

Təlim proqramı geniş mövzuları əhatə edib. Buraya ürək və tənəffüs dayanması zamanı təcili tibbi yardım, komatoz vəziyyətlər, kəskin zəhərlənmələr, toksikologiya əsasları, gürzə və gürzəkimilərin zəhərlənmələri, elektrik və ildırım zədələnmələri, günvurma, boğulma, epilepsiya, insult, infarkt, beyin və döş qəfəsi travmaları zamanı ilkin tibbi yardım, diferensial diaqnoz və həkim taktikası kimi mövzular daxil olub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır