SARS-CoV-2 virusunda gizli gen aşkarlanıb
14.11.2020 10:51

Tədqiqatçılar SARS-CoV-2 koronavirusunun genetik kodunda müəmmalı gen aşkarlayıb.

 

Aztibb.az www.vesti.ru saytına istinadla xəbər verir ki, bu, koronavirusun faktiki olaraq gözlə görünməyən və tam yaddan çıxmış bir növüdür.

 

Bu yaxınlarda müəyyənləşdirilmiş gizli ORF3d əslində bir növ “gen içində gen” deməkdir. ORF3d geni digər genlərin kodlanmış ardıcıllığını örtərək nukleotidlərin zəncirində gizlənir.

 

“SARS-CoV-2 və onun qohumları genomun ölçüsü baxımından РНК-virusların ən uzunu sayılır. Beləliklə, demək olar ki, onları genomlar РНК-viruslarına nisbətən daha çox aldadır”, - deyə Amerika Təbiət Tarixi Muzeyinin əməkdaşı Çeyz Nelson bildirib.

 

Onun sözlərinə görə, gizlənən genləri genetik ardıcıllıqla müəyyənləşdirmək çətindir. Çünki genetik kodun sətirləri nəzərdən keçirilərkən onlar genomun skanlama sisteminin diqqətindən yayına bilər. Onlar ayrı-ayrı genlərin seçimi üzrə proqramlaşdırılsa da, qonşu genlərin nukleotidlərinin ümumi ardıcıllığının geniş əhatəli konstruksiyası kimi qəbul edilməməlidir.

 

Ç.Nelson bildirib ki, ORF3d-nin niyə mövcud olması, genomda gizlənməsi və digər genləri pərdələməsi barədə hələ çox şey öyrənmək lazımdır. Tədqiqatçılar genom bazalarını skan edərkən genin pangolinlərə təsir edən koronavirusun yalnız bir növündə əvvəlcədən müəyyənləşdirildiyini aşkarlayıb: “Bu iki gen bir-birinə bağlı deyil. Onlar tamamilə fərqli zülalları kodlaşdırır. Bu isə o deməkdir ki, SARS-CoV ORF3b haqqında biliklər ORF3d SARS-CoV-2-yə tətbiq edilməməlidir”.

 

"COVID-19 xəstələrinin əvvəlki qan testlərinə əsaslanan sirli gen haqqında biliyimiz ondan ibarətdir ki, ORF3d güclü anticisim reaksiyasına malikdir. Biz bu genin anticisim reaksiyasından fərqli olaraq T hüceyrə reaksiyası ilə aşkarlanmasının nisbətən çətin olacağını təxmin edirik. Bəlkə də bunun genin yaranması ilə əlaqəsi var”, - deyə Çeyz Nelson bildirib.

ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
Qobustan RMX-da patronaj xidmətinin təşkili ilə bağlı təlim keçirilib
Üsküdar Universitetinin bir qrup tələbəsi ATU-da kliniki təcrübə proqramını uğurla başa vurub
Təcili tibbi yardım briqadaları doğuş proseslərini uğurla icra edib
Mərkəzi Gömrük Hospitalında AZDAS İB və DAS Derneğinin nümayəndələri ilə görüş keçirilib
Mərkəzi Gömrük Hospitalının travmatoloqu AZTV-yə müsahibə verib
Milli Hematologiya və Transfuziologiya Mərkəzində “Aplastik anemiya” mövzusunda seminar keçirilib
Doğuş təcili tibbi yardım avtomobilində həyata keçirilib
IV ixtisas qrupu üzrə keçid balları dəyişəcək
Naxçıvanın Dırnıs Kənd Ailə Sağlamlıq Mərkəzində tibbi müayinə aksiyası keçirilib
Yüksək risk, güclü komanda: uğurla həyata keçirilən qeysəriyyə əməliyyatı
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
AQTA-nın sədri süd və süd məhsullarının emalı zavodunda olu