İsmayıl Əfəndiyev Səhiyyədə İqtisadi Qiymətləndirmə üzrə Beynəlxalq Seminarda iştirak edib
22.04.2025 08:47
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini, tibb üzrə fəlsəfə doktoru, dosent İsmayıl Əfəndiyev Niderland Krallığının Maastricht Universiteti tərəfindən Avstriya Respublikasının Zalsburq şəhərində təşkil olunan “Səhiyyədə İqtisadi Qiymətləndirmələr” mövzusunda beynəlxalq seminarda iştirak edib.
 
Bu barədə Aztibb.az-a Mərkəzi Gömrük Hospitalından xəbər verilib.
 
Bildirilib ki, seminarda səhiyyə sistemində iqtisadi qiymətləndirmələrin və iqtisadi səmərəliliyin artırılması, göstərilən tibbi xidmətlərin xərc-effektivlik və xərc-fayda analizləri vasitəsilə təhlili, bu qiymətləndirmələr əsasında tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, səhiyyə mütəxəssislərinin iqtisadi biliklərinin inkişafı və digər mühüm məsələlər müzakirə olunmuşdur. Tədbirdə 26 ölkədən səhiyyə sistemində rəhbər vəzifələrdə çalışan 38 nümayəndə təmsil olunub.
 
Dosent İsmayıl Əfəndiyev Mərkəzi Gömrük Hospitalında iqtisadi səmərəliliyin və pasiyent məmnuniyyətinin artırılması məqsədilə görülən işlər, tibbi xidmətlərin çeşidinin genişləndirilməsi, gündəlik tibbi təcrübədə beynəlxalq sübutlara əsaslanan protokolların tətbiqi, İcbari Tibbi Sığorta Agentliyi ilə əməkdaşlıq çərçivəsində səhiyyə xidmətlərinin iqtisadi prioritetləşdirilməsi, eləcə də qərarların formalaşdırılmasında xərc-effektivlik qiymətləndirilməsinin əsas vasitələrdən biri kimi qəbul edilməsi barədə seminar iştirakçılarına məlumat verib.
 
İsmayıl Əfəndiyevin çıxışı beynəlxalq ekspert auditoriyası tərəfindən böyük maraqla qarşılanıb. O, iştirakçılar tərəfindən verilən çoxsaylı sualları cavablandırıb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır