TƏBİB: Qeyri-sabit hava şəraiti ilə bağlı təcili tibbi yardıma 60-dan çox müraciət daxil olub  
17.04.2025 13:00

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Şabran, Siyəzən və Ağsu rayonlarından güclü yağış yağması səbəbindən yaranan çətinliklər fonunda vətəndaşların müraciətləri qeydə alınıb. 

 

Aztibb.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

 

Belə ki, Siyəzən rayonunun Həmiyə kəndi ərazisindən daxil olan çağırış əsasında Siyəzən Təcili Tibbi Yardım Stansiyasının 3 briqadası hadisə yerinə cəlb olunub. Güclü yağış səbəbindən yaranan çətinliklər fonunda sel təhlükəsi ilə üzləşən təxminən 57 nəfərə yerində ilkin tibbi yardım göstərilib. Həmin şəxslərdən daha ixtisaslı tibbi yardıma ehtiyacı olanlar təxliyə edilərək Siyəzən Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Hazırda 26 nəfərin müalicəsi stasionar olaraq davam etdirilir. 

 

Şabran rayonu ərazisindən 1970-ci il təvəllüdlü kişi Şabran Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub. Təcili tibbi yardım şöbəsinə yerləşdirilən şəxsə zəruri tibbi yardımlar göstərilib və ambulator müalicə üçün evə buraxılıb.

 

Ağsu rayonunda isə selin ekskavatoru aparması nəticəsində xəsarət alan üç kişi Şamaxı Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub. Onlardan iki nəfərin müalicəsi Terapiya şöbəsində davam etdirilir, vəziyyətləri stabildir. Digər şəxsin vəziyyəti isə qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb.

 

Qeyd edək ki, sözügedən hadisə nəticəsində bir kişinin həkiməqədər ölüm faktı qeydə alınıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır