Qəzzada 1400-dən çox tibb işçisi dünyasını dəyişib
17.04.2025 10:02

Qəzza zolağındakı Fələstin Səhiyyə Nazirliyi bu günə qədər 1400-dən çox tibb işçisinin İsrailin hücumları nəticəsində həyatını itirdiyini açıqlayıb.

 

Aztibb.az bu barədə www.aa.com.tr-yə istinadla xəbər verir.

 

Nazirliyin Telegram hesabında verdiyi açıqlamaya görə, 1400-dən çox tibb işçisi şəhid olub. Təxminən 360 tibb işçisi hələ də İsrail həbsxanalarında saxlanılır: "İsrail 7 oktyabr 2023-cü ildə başlayan hücumlarında Qəzzadakı əksər xəstəxana və sağlamlıq mərkəzlərini hədəf alıb. Bu hücumlar Qəzzanın səhiyyə infrastrukturunun kütləvi şəkildə məhv edilməsinə, minlərlə xəstə və yaralının tibbi yardımdan məhrum olmasına səbəb olub. 

 

Yanvarın 19-da Qəzza zolağında qüvvəyə minən atəşkəsdən sonra İsrail ordusu martın 18-i səhər saatlarında şiddətli hücumlarını bərpa edib. İsrail ordusu yenidən hücumlara başladıqdan sonra əksəriyyəti qoca, qadın və uşaq olmaqla 1630 fələstinli həyatını itirib, 4302 nəfər isə yaralanıb".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır