Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir
17.04.2025 09:45
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejiminə keçib. Əhalinin sağlamlığının qorunması və vaxtında tibbi yardımın göstərilməsi məqsədilə fasiləsiz şəkildə xidmətlər davam etdirilir.
 
Mərkəzdən Aztibb.az-a bildirilib ki, paytaxtla yanaşı, bölgələrdə də təcili tibbi yardım briqadaları tərəfindən gücləndirilmiş rejimdə fəaliyyət göstərir. Çətin hava və yol şəraitinə baxmayaraq, bütün müraciətlərə çevik və operativ reaksiya verilir.
 
Belə ki, Siyəzən rayonunun Həmyə kəndi ərazisindən saat 11:30 radələrində daxil olan çağırış əsasında Siyəzən Təcili Tibbi Yardım Stansiyasının 3 briqadası hadisə yerinə cəlb olunub. Güclü yağış səbəbindən yaranan çətinliklər fonunda sel təhlükəsi ilə üzləşən təxminən 15-20 nəfərə yerindəcə ilkin tibbi yardım göstərilib. Həmin şəxslərdən yardıma ehtiyacı olanlar təxliyə edilərək Siyəzən Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.
 
Hazırda da bölgələrdə müvafiq istiqamətdə tədbirlər fasiləsiz davam etdirilir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır