"Talassemiya işi" ilə bağlı sabiq direktor və baş həkim məhkəməyə çağırılacaq  
09.04.2025 13:42

Talassemiyalı uşaqlar və digər xəstələr üçün toplanmış vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən Nuridə Seyidova, Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

 

Aztibb.az-ın “Report”a istinadla məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə Aynur Bayramovanın vəkili onun ev dustaqlığına buraxılması ilə bağlı vəsatət verib.

 

Vəsatətdə bildirilib ki, o, bir neçə xəstəlikdən əziyyət çəkir. Vəkil Aynur Bayramovanın müalicə və əməliyyat olunması üçün barəsində olan həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını xahiş edib.

 

Məhkəmə vəsatəti təmin etməyib. Hakim bildirib ki, təqsirləndirilən şəxsin əməliyyat olunması üçün məhkəməyə hər hansı bir sənəd təqdim olunmayıb. Ona görə də, vəsatət rədd edilib.

 

Prosesdə zərərçəkən Ramin İsmayılov Nuridə Seyidova və Aynur Bayramovaya qarşı 15 min dollar mülki iddia qaldırıb. Məhkəmə iddianı icraata qəbul edib.

 

Prosesdə şahid qismində ifadə verən Zaur Qədirov deyib ki, bacısı oğlu xəstəlikdən əziyyət çəkib. Bununla bağlı Aynur Bayramovaya 12 min dollar pul verilib. Onun sözlərinə görə, pulu verəndən sonra uşaq nə əməliyyat olunub, nə də ödəniş geri qaytarılıb. 

 

Müttəhim Aynur Bayramova ona pul verilmədiyini və şahidi tanımadığını deyib. 

 

Digər şahid Ruslan Hacıyevin sözlərinə görə, övladı talassemiya xəstəsi olduğu üçün bununla bağlı Aynur Bayramova ilə tanış olublar: "Onunla görüşəndə 17 min manat istədi, bacım onlara 10 min dollar verdi".

 

Aynur Bayramova deyib ki, onlar pulu Nuridə Seyidovaya verib. N.Seyidova ona pul verildiyini qəbul edib. O, bildirib ki, Ruslan Hacıyevin bacısından alınan pul xəstənin müalicəsi üçün köçürülüb. 

 

Daha sonra hazırda ölkədə olmayan digər zərərçəkənlərin ibtidai istintaqda verdiyi ifadələri elan olunub.

 

Prosesdə müttəhim Aysel Məmmədova Mərkəzi Gömrük Hospitalının həkimi Mircəlal Kazıminin və Tarıyel Ömərovun məhkəmədə şahid qismində dindirilməsi üçün vəsatət verib. Məhkəmə vəsatəti təmin edib. 

 

Həmçinin, təqsirləndirilən Aynur Bayramova da Talassemiya Mərkəzinin sabiq baş həkimi Xuraman Cəfərovanın və həmin mərkəzin sabiq baş direktoru Valeh Hüseynovun da məhkəməyə çağırılması ilə bağlı vəsatət verib. Məhkəmə bu vəsatəti də təmin edib. 

 

Proses aprelin 16-da davam edəcək.

 

Qeyd edək ki, talassemiya xəstələrinin valideynlərinə qarşı dələduzluq edilməsi ilə bağlı daxili işlər orqanlarına məlumat daxil olub. Məlumat əsasında cinayət işi başlanılıb.

 

Müəyyən edilib ki, Nuridə Seyidova Aysel Məmmədova və Aynur Bayramova ilə əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 980 min manatlarını mənimsəyib. Əvvəlcə Nuridə Seyidova həbs olunub. Daha sonra məhkəmə proseslərində Aynur Bayramova və Aysel Məmmədova barəsində həbs qətimkan tədbiri seçilib.

 

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır