Naxçıvanda imtiyazlı dərman vasitələrinin Ailə Sağlamlıq Mərkəzləri vasitəsilə paylanılması prosesi davam etdirilir
09.04.2025 12:40

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən imtiyazlı dərman vasitələrinin Ailə Sağlamlıq Mərkəzləri vasitəsilə paylanması prosesi davam etdirilir.

 

Nazirlikdən Aztibb.az-a verilən xəbərə görə, əhalinin dərman təminatının yaxşılaşdırılması və dərman vasitələrinin əlçatanlığının artırılması məqsədilə həyata keçirilən bu təşəbbüs çərçivəsində vətəndaşların qeydiyyatda olduqları yaşayış yerlərinə yaxın məsafədə dərmanları rahatlıqla əldə etmələri təmin olunur.

 

İlkin mərhələdə Ordubad rayonunda tətbiq olunan proses uğurla icra edilmiş və vətəndaşlar tərəfindən müsbət qarşılanmışdır. Daha sonra bu proses Şahbuz və Babək rayonlarını da əhatə edərək imtiyazlı dərman vasitələrinin əhaliyə çatdırılması işi genişləndirilmişdir.

 

Hazırda mərhələli şəkildə davam etdirilən prosesin yaxın vaxtlarda digər rayonlarda da həyata keçirilməsi nəzərdə tutulur. Bu addım, xüsusilə, yaşlı, xroniki xəstəliyi olan və hərəkət məhdudiyyəti yaşayan şəxslərin dərman vasitələrinə daha asan çıxışını təmin etməklə, səhiyyə xidmətlərinin keyfiyyətinin və vətəndaş məmnunluğunun artırılmasına xidmət edir.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır