Naxçıvanda tibbi personal üçün xüsusi təlimlər təşkil olunub  
07.04.2025 10:37

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən qəbul olunan “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində əhalinin tibbi xidmətə əlçatanlığının artırılması və keyfiyyətli xidmətin göstərilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirilir.

 

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Aztibb.az-a bildirilib ki, bu tədbirlər çərçivəsində muxtar respublikanın müxtəlif bölgələrində yaradılan Ailə sağlamlıq mərkəzlərində (ASM) çalışan tibbi personalın bilik və bacarıqlarının artırılması məqsədilə xüsusi təlimlər təşkil olunub.

 

İlkin olaraq Ordubad, Kəngərli və Sədərək rayonları üzrə ASM əməkdaşları təlimlərdə iştirak edib. Təlimlərdə əsas diqqət göstərilən tibbi xidmətin insan amilinə əsaslanmasına, həkim-pasiyent münasibətlərində etimadın və düzgün ünsiyyətin qurulmasına yönəldilib. Eyni zamanda, tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi, pasiyent məmnuniyyətinin təmin edilməsi və etik davranış qaydaları barədə iştirakçılara geniş məlumat verilib.

 

Ailə sağlamlıq mərkəzlərinin fəaliyyətində əsas hədəf tibb xidmətini əhalinin birbaşa yaşadığı ərazilərə yaxınlaşdırmaq, ilkin tibbi yardımı daha əlçatan və keyfiyyətli etməkdir. Keçirilən təlimlər bu hədəfə xidmət edir və tibbi personalın peşəkarlığının artırılmasına, vətəndaş məmnunluğunun daha da yüksəldilməsinə imkan yaradır.

 

Nəticə etibarilə, Naxçıvan Muxtar Respublikasında icra olunan Dövlət proqramı çərçivəsində yaradılan yeni səhiyyə infrastrukturu, həyata keçirilən təlimlər və tətbiq olunan yanaşmalar əhalinin sağlamlığının qorunması və tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində mühüm addımdır.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır