Gömrük Hospitalında seminar: “Kateterə bağlı sidik yolu infeksiyaları”
04.04.2025 23:11

4 aprel 2025-ci il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin təşkilatçılığı ilə Mərkəzi Gömrük Hospitalında “Kateterə bağlı sidik yolu infeksiyaları” mövzusunda seminar həyata keçirilib.

 

Mərkəzi Gömrük Hospitalından Aztibb.az-a verilən məlumata görə, seminarda Hospitalın Urologiya şöbəsinin rəisi Bəhruz Xalıqov mövzu ilə əlaqədar geniş təqdimatla çıxış edib.

 

O, təqdimat müddətində beynəlxalq protokollara əsasən empirik müalicədə istifadə olunan dərmanlar, kateterizasiya müddətinin menecmenti, qalıcı kateterizasiyaya alternativ üsullar, kateter seçimi, urinar kateter baxımı, kateterizasiyaya göstərişlər, kateteri olan xəstələrdə şikayətlər və onların menecmenti barədə detallı məlumat verib. Seminarın sonunda rezidentlərin sualları cavablandırılıb.

 

Qeyd edək ki, cümə seminarları Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin illik fəaliyyət planı əsasında rezidentlərin nəzəri bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə mütəmadi olaraq təşkil edilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır