Alimlər iştahı idarə edən qədim neyrohormon aşkarlayıblar  
25.03.2025 09:40

London Kraliça Meri Universitetinin tədqiqatçıları insanlarda iştahı tənzimləyən neyrohormonun yarım milyard ildən çox təkamül tarixinə malik olduğunu müəyyən ediblər.

 

Aztibb.az www.gazeta.ru-ya istinadla xəbər verir ki, "bombesin” adlı bu neyrohormon təkcə insanlarda deyil, dəniz ulduzları və digər dəniz canlılarında da mövcuddur. “Bombesin” ilk dəfə 1971-ci ildə odlu qarınlı qurbağadan (Bombina bombina) sintez edilib və onun məməlilərdə qida qəbulunu azaltdığı müşahidə olunub. Bu kəşf alimlərə bombesinin iştahı idarə edən neyrohormonların təkamül tarixində mühüm rol oynadığını düşünməyə əsas verib.

 

Araşdırmanın nəticələri "Proceedings of the National Academy of Sciences” jurnalında dərc olunub.

  

Mütəxəssislər “ArBN” adlı dəniz ulduzuna neyrohormonun təsirini araşdırıblar. Təcrübələr göstərib ki, bu, “ArBN” dəniz ulduzlarının mədəsinin daralmasına və qidalanmanın gecikməsinə səbəb olur. Bu, bombesinin qədimdən bəri heyvanlarda iştahın tənzimlənməsində mühüm rol oynadığını təsdiqləyir.

 

Tədqiqat yalnız neyrohormonların təkamülünü aydınlaşdırmır, həm də piylənmə ilə mübarizədə yeni dərmanların hazırlanmasına töhfə verə bilər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır