Azərbaycan yüksək texnologiyalı dərman vasitələrinin istehsalına başlayır  
12.11.2020 13:19

Azərbaycanın ilk elmi əsaslı əczaçılıq şirkəti olan “Parla Pharmaceuticals” əhalinin təlabatını ödəmək və ixrac məqsədilə yerli dərman preparatlarının istehsalına başlaması barədə rəsmi açıqlama verib. Klassik dərman vasitələri ilə yanaşı, yüksək texnologiyalı dərmanların istehsalını həyata keçirəcək zavod Pirallahı Sənaye Parkında fəaliyyət göstərəcək. Bütün dərman vasitələri Avropa və Amerika əczaçılıq standartlarına cavab verəcək.

 

İlkin mərhələdə 100-dək adda dərman vasitələri istehsal olunacaq, növbəti 5 il ərzində isə bu say 400-ə çatacaq. Bu məhsullar arasında klassik dərmanlarla yanaşı, müasir biotexnoloji və nanotexnoloji vasitələrin də olması planlaşdırırlır.

 

“Bizim məqsədimiz innovativ və yüksək texnologiyalara əsaslanan dərmanlarla əhalinin təlabatını tam ödəmək və həmin preparatların ölkə xaricində satışını təşkil etməkdir.  Bununla da biz ölkənin əczaçılıq sənayesini gücləndirəcək və pasiyentlərin münasib qiymətə keyfiyyətli dərman məhsullarına əlçatanlığını dəstəkləyəcəyik və yerli istehsalı təşviq etməyə nail olacağıq. Dərman preparatlarının yerli istehsalı təkcə səhiyyədə deyil, ümumiyyətlə, ölkə iqtisadiyyatında müsbət meylləri gücləndirməyə xidmət edəcək. Hörmətli prezidentimiz cənab İlham Əliyev və ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xüsusilə son dövrlərdə yerli istehsala dəstək istiqamətində atdığı addımlar bizi bu sahədə inamla irəliləməyə daha da ruhlandırır. Əminəm ki, “Parla” qısa zamanda “Made in Azerbaijan” brendi kimi dünya bazarında tanınacaq”-, deyə “Parla Pharmaceuticals” şirkətinin direktoru Araş Nosrati Heravi qeyd edib.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır