Alimlər vitaminlərin sağlamlığa faydasını İNKAR ETDİLƏR
12.11.2020 12:40

Bostondakı Harvard Tibb Məktəbinin alimləri multivitaminlərin qidalanma çatışmazlığından əziyyət çəkməyən, lakin sağlamlıqlarını yaxşılaşdırmağa çalışan insanlara real fayda verdikləri barədə yayılan fikirləri təkzib ediblər.

 

Aztibb.az www.medimagazin.com.tr-yə istinadən xəbər verir ki, daim multivitaminlər qəbul edən iyirmi bir min nəfər arasında aparılmış sorğunun nəticələrinə əsasən, onların cəmi 30 faizi özlərini vitamin qəbul etməyən insanlardan yaxşı hiss edirlər.

 

Anamnezin analizi və fiziki sağlamlığın (yüksək qan təzyiqi, diabet, astma və artritin mövcudluğu daxil olmaqla) göstəricilərinin qiymətləndirilməsi real fərqləri aşkarlamayıb.

 

Bir sıra mütəxəssislərin fikrincə, tədqiqatın nəticələri heç vaxt qidalı maddələrin kifayət etməyən səviyyəsi ilə mübarizədə və optimal sağlamlığın təminatında multivitaminlərin bir çox üstünlüklərini qiymətdən salmır. Eyni zamanda, əlavə maddələrin qəbulu orqanizmə üstünlüklər gətirmir, ürək-damar sistemi problemlərinin qarşısını almır və şişlərin inkişafı riskini aşağı salmır.

 

Tədqiqat müəlliflərinin sözlərinə görə, insanların multivitaminlərin faydalı olmağına qəti inamı onları özlərini daha sağlam hiss etməyə məcbur edə bilər. Ancaq elmi işdə bir sıra çatışmazlıqlar var. Məsələn, insanların hansı vitaminli kompleksləri nə qədər tez-tez və ya neçə vaxtdır qəbul etmələri nəzərə alınmayıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır